Yuxarı

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasına vaxtı ilə başqa bir mənzərə vardı:

"Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu xoşa gəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər.

2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!".

Prezident İlham Əliyev xatırladıb ki, yeri gəlmişkən Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib:

"Buna görə də biz onların qərarlarını tanımırıq. Biz hakimlər üçün səs verməmişik, iki ildir biz ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq həmin təchizatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq.

Həmin parlamentdə Azərbaycan ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirilir. Bu da tam qəbul edilməzdir. Bu, bizim qərarlarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu hər hansı bir legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər. Ondan sonra Azərbaycan nümayəndə heyəti qayıdacaq. Biz hər hansı bir səhv addım atmamışıq. Onlar ədalətsiz qərar veriblər. Odur ki, onlar geri çəkilməli, öz səhvlərini etiraf etməlidirlər. Bir çox hallarda mən öz narahatlığımı ifadə etmişəm".

Tarix
2026.07.13 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla