Yuxarı

Nulanddan Bakıya mesaj: “Əks halda düşmən qapıdadır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nulanddan Bakıya mesaj: “Əks halda düşmən qapıdadır”

Nulandın Baki səfəri son anda qəbul olunan qərarla baş tutub.

Bu sözləri Axar.az açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Viktoriya Nulandın səfərinin Rusiyaya mesaj olduğunu bildirib:

"Əslində regiona bu cür yüksək post tutan Amerika və Avropa rəsmilərinin səfəri intensivləşməlidir. Bu, regionu həm də Rusiya diktəsindən uzaq tutmağa yardım edəcək. Amerika bu gün Ukraynada baş verənləri izləyir və eyni ssenarini Cənubi Qafqazda görmək istəmir. Nulandın Bakı səfəri həm Rusiyaya, həm də Bakıya mesaj idi. Amerika bir tərəfdən demokratiya və insan haqlarını müdafiə etdiyini açıq şəkildə bəyan etdi, eləcə də bu işdə Azərbaycan tərəfi ilə çalışacağını bildirdi. Digər tərəfdən isə Rusiyaya "biz Ukrayna ssenarisinin Azərbaycanda təkrarlamasına izin vermərik", - deyə mesaj verdi. Nuland önəmli təkliflərlə Bakıya gəlmişdi və deyə bilərik ki, onun səfəri uğurlu alındı. İndiki ağır siyasi dönəmdə Amerika rəsmisinin Bakıya səfəri yeni siyasi proseslərdən xəbər verir. Əgər danışıqlarda əldə olunan razılıqlar həyata keçirilərsə, parlament seçkilərinə qədər Amerika-Azərbaycan Sammiti baş tuta bilər. Təbii ki, bütün bunlar razılıqlar həyata keçirildikdən sonra baş tutacaq. Amerika bizim üçün güclü tərəfdaş olmalıdır. Çünki o istər Dağlıq Qarabağ məsələsində, istərsə də Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında maraqlı tərəfdir. Vaşinqton həmçinin güvəniləsi tərəfdaşdır. Məncə, bu tarixi şansdan Bakı istifadə etməlidir. Əks təqdirdə düşmən artıq qapıdadır və ondan qorunmağa ehtiyac var".

Tarix
2015.02.19 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla