Yuxarı

Rusiya Türkiyəyə S-500 verə bilər... – Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya arasında S-400 raket sistemləri ilə bağlı əldə olunan razılaşmalar S-500 raket sistemlərində də öz əksini tapacaq. Bunun üçün hər iki ölkənin kifayət qədər təcrübəsi və hərbi sənaye potensialı var.

Bu sözləri hərbi ekspert, polkovnik Şair Ramaldanov Rusiyanın S-500 sistemlərini sınaqdan keçirməsi barədə Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında əldə edilən S-400 razılaşması özlüyündə bir çox məsələni də əks etdirir:

“Məsələyə iki istiqamətdən yanaşmaq lazımdır: iqtisadi və siyasi. Bu iki yanaşma tərəflərarası münasibətlərə önəmli dərəcədə təsir edir. Bir neçə il əvvəl heç kəs deyə bilməzdi ki, Türkiyə və Rusiya münasibətləri bugünkü səviyyəyə gələ bilər. İki ölkə arasında imzalanan iqtisadi, siyasi və ən önəmlisi hərbi müqavilələr qarşılıqlı münasibətlərin bugünkü vəziyyətini göz önünə sərir. Son olaraq Türkiyə ilə Rusiya arşında əldə olunan S-400 raket sistemləri razılaşması regionda bu iki ölkənin ortaq fəaliyyətinin nə dərəcədə uğurlu olduğunu göstərir. Türkiyə ilə Rusiya arasında aparılan hərbi əməkdaşlıq Türkiyənin mövcud hərbi sənayesinin potensialından asılıdır. Bu gün inkişaf edən bir Türkiyə var və bunu Rusiya ilə əməkdaşlıqda bariz şəkildə görmək mümkündür. Türkiyə ilə Rusiya arasında əldə edilən S-400 razılaşması özlüyündə bir çox məsələni də əks etdirir. Belə ki, Türkiyənin Rusiya istehsalı raket sistemlərinə yönəlməsinin ən böyük səbəbi Rusiyanın qiymət, çatdırılma, ortaq istehsal və texnologiya transferi baxımından Türkiyənin gözləntilərini qarşılaması oldu. Burada ən önəmli məsələ ortaq istehsal və texnologiya transferi məsələsidir”.

Ekspertin sözlərinə görə, son zamanlar siyasi müstəvidə yaranan fikir ayrılıqları Türkiyə və Rusiya arasında durğunluğa səbəb olsa da, bu, birgə əməkdaşlığa təsir etməyəcək:

“Rusiya tərəfi öz ordusunun mövcud tələbatını qarşıladıqdan sonra düşünürəm ki, Türkiyə ilə birgə S-500 raket sistemlərin istehsalına başlayacaq”.

Tarix
2020.02.04 / 08:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla