Yuxarı

Estoniya parlamentindən Xocalı bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniya parlamentindən Xocalı bəyanatı

Estoniya parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrupu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı xüsusi bəyanat qəbul edib.

Axar.az xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupu adından Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Biz çoxlu sayda uşaq, qadın və qoca daxil olmaqla 600-dən çox günahsız dinc sakinin həyatına son qoymuş Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.

Biz günahkarları və onların 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı Azərbaycanın mülki əhalisinə qarşı törətdikləri cinayətkar və amansız əməllərini qətiyyətlə pisləyirik. Bu əməllər insanlığa qarşı cinayətdir. Bu kütləvi qətliamın günahkarları layiqli cəzalarını almalıdırlar.

Azərbaycan Respublikasının ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərini dəstəkləyirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi bütün regionun inkişafı üçün vacibdir”.

Tarix
2020.02.26 / 23:44
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla