Yuxarı

Prezident “Polonez” və “Lora”ya baxdı: düşmənə mesaj... - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident “Polonez” və “Lora”ya baxdı: düşmənə mesaj... - General

Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqlarla təchizatı, təminatı davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ötən gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ağstafadakı hərbi hissədə düşməni məhv etmək qabiliyyətinə malik yeni hərbi texnikalara baxış keçirməsinə münasibət bildirərkən deyib.

“Döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək də, ordunu yeni hərbi texnikalarla təchiz etmək də döyüşlərə hazırlıq məqsədi daşıyır. Bu, bir müharibə mesajıdır.

Ali Baş Komandanın cəbhə bölgəsindəki həm Daxili Qoşunların, həm də Müdafiə Nazirliyinin birləşmələrinin hərbi hissələrinin açılışını etməsini ciddi savaş mesajı kimi qiymətləndirmək olar. Yəni hər an bunu gözləmək lazımdır. Nəinki ikinci bir Aprel döyüşləri, hətta irimiqyaslı əməliyyatlar da başlaya bilər”, - general bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ağstafada “N” saylı hərbi hissəsinin açılışı zamanı ən müasir yeni hərbi texnikalar təqdim olunub.

Prezidentə təqdim edilən silahlar içərisində SPİKE-ER, HAUBİTSA 2A18 D-30, ÖAQ 2S1, YARS BM-21 V qurğuları, 152 millimetrlik DANA M1M, “Ekstra” taktiki raket sistemi, POLONEZ və LORA sistemləri diqqət çəkib.

Tarix
2020.03.05 / 12:04
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla