Yuxarı

Aynur Camalqızı: “Saytları ona görə bağladıq ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aynur Camalqızı: “Saytları ona görə bağladıq ki...”

"Gündəlik Teleqraf" Media Qrupuna daxil olan 3 sayt – İzvestiya.az, Tabloid.az və Kult.az fevralın 27-dən fəaliyyətini dayandırıb.

"Gündəlik Teleqraf"ın baş direktoru Aynur Camalqızı Axar.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:

"Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa "iqtisadi böhran"la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq".

A.Camalqızı əlavə edib ki, "Gündəlik Teleqraf"a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuygun sayır:

"Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır".

Tarix
2015.03.02 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla