Yuxarı

Bu ölkələrdən gələnlər birbaşa karantinə alınır - Bayramlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkələrdən gələnlər birbaşa karantinə alınır - Bayramlı

Bugünədək biz sərhədlərimizi keçərək karantinə alınmış şəxslər arasında 25 nəfərdə pozitiv nəticə aşkar etdik. 7 nəfər tam sağalıb. 1 nəfər isə vəfat edib. Həmin şəxsdə digər xəstəliklər də mövcud idi.

Axar.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, artıq ölkəyə Avropadan gələnlər var:

“Bununla əlaqədar dövlət qurumlarımızla sıx şəkildə işləyirik. TƏBİB-in mütəxəssisləri hava limanında fəaliyyət göstərirlər. Biz gördüyümüz bütün işləri alqoritm şəklində hazırlamışıq. Hava limanında 3 tibb məntəqəsi yaratmışıq. Bəzi ölkələr var ki, epidemiyanın episentri hesab olunur. Həmin ölkədən gələnlər bilavasitə karantin müəssislərinə göndərilir.

Digər ölkələrdən gələnlər isə TƏBİB tibb məntəqələrinə yönləndirilir. Orada onların müvafiq müayinəsi həyata keçirilir. Əgər simptomları varsa, karantinə göndərilir. Simptomları yoxdursa, onlara bukletlər təqdim olunur və evə göndərilirlər”.

Tarix
2020.03.16 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla