Yuxarı

Nazirlər Kabineti bu qurumlarla saziş bağladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.

Axar.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev birgə qərar imzalayıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra - Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2020-2022-ci illər üçün sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və bu Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

Tarix
2020.03.24 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla