Yuxarı

BMT-dən koronavirusla bağlı çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-dən koronavirusla bağlı çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə koronavirus pandemiyasına qlobal reaksiya kimi ilk dəfə olaraq pandemiya haqqında doğru mesajların yayılmasına kömək etmək məqsədilə effektiv və əlçatan məlumatların yaradılması üçün Birləşmiş Millətlər Təşkilatı Yaradıcı Sənayelərə açıq çağırış edib.

Axar.az xəbər verir ki, çağırışın məqsədi yanlış məlumatların yayılmasını dayandıraraq koronavirusun yayılmasının minimuma endirilməsi və ya qarşısı alına biləcək ərazilərə faydalı məlumatların əvvəlcədən çatdırılmasıdır. Yaradıcı insanlara səslənən çağırışda BMT bunun tək bir təşviqat olmadığını, əksinə fərqli mədəniyyətlərə, dil və yaş qruplarına, coğrafiyalara mənsub olan izləyicilərə çatmaq üçün "çoxsaylı yaradıcı həllər" çağırışının olduğunu vurğulamışdır. Bu məqsədlə, BMT şəxsi gigiyenanı, sosial məsafəni, simptomları tanımanı, xoş niyyətin yayılmasını, yanlış məlumatların qarşısının alınmasını yaradıcı insanların ictimai fəallığı üçün əsas sahələr kimi təklif etmişdir.

Təşkilat yaradıcı insanlara xüsusi auditoriyaları hədəf almağı; təsir gücünə malik olanlara bu məlumatları öz izləyiciləri iə bölüşməyi; media sahiblərinə öz platformalarında yaymağı; dünya brendlərini öz reklam sahələrini bu mesajları paylaşmaq üçün istifadə etməyi; ictimaiyyəti isə bu mesajların öz cəmiyyətlərinə uyğunlaşdırılaraq yayılmasına kömək etməyı təklif edir.

BMT-nin baş katibi Antonio Qutereş öz açıqlamasında "biz görünməmiş bir vəziyyətdəyik və normal qaydalar artıq tətbiq edilə bilməz, belə bir zamanda adi vasitələrə müraciət edə bilmərik" deyə qeyd etmişdir. O, yaradıcı insanları, müxtəlif təsir güclərinə malik şəxsləri, şəbəkələri, media sahiblərini və digərləri ÜST-ün tədbirlərini həyata keçirməyə və onun mesajlarını əvvəllər çatdırılmamış auditoriyalara yaymağa kömək etməyə çağırmışdır.

BMT məlumatların ÜST-ün müəyyən etdiyi əsas sahələrdən və bu təşkilatdan alınan məlumatlardan yayınmamaq şərti ilə çatdırmağa xahiş etmişdir.

Tarix
2020.03.30 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla