Yuxarı

Bu ehtiyat hissələri vergidən azad edildi - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ehtiyat hissələri vergidən azad edildi - Siyahı

Nazirlər Kabineti “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nı təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı aşağıdakılardır:

Kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların və ya digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri;

Kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş səpələnən materiallar üçün qaldırıcıların və konveyerlərin, traktorlara qoşulmaq üçün işlənmiş yükləyici qurğuların və digər yükləyici qurğuların hissələri;

Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının hissələri (qazon və idman meydançaları üçün katokların hissələri istisna olmaqla);

Pres toplayıcılar, saman və ya quru ot üçün taybağlayan preslər də daxil olmaqla, kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşınlar və ya mexanizmlər; otbiçənlər, yumurtaların, meyvələrin və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların hissələri (qazonlar, parklar və ya idman meydançaları üçün otbiçənlər istisna olmaqla);

Sağıcı qurğuların və aparatların hissələri;

Quşçuluq avadanlığının və ya inkubatorların və bruderlərin ehtiyat hissələri;

Mexaniki və ya qızdırıcı qurğulu toxumların cücərdilməsi üçün digər avadanlıqlar da daxil olmaqla, kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı qurğularının ehtiyat hissələri;

Toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların ehtiyat hissələri;

Yalnız kənd təsərrüfatında istifadə olunan mini buldozerli ekskavatorun hissələri;

Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların şassiləri;

Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların kuzovları;

Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların oxları;

Kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların digər hissələri;
Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olmayan daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər);

Təkərli kənd təsərrüfatı traktorları üçün gücü 50 kVt-dan çox olan, lakin 100 kVt-dan çox olmayan daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər);

Təkərli kənd təsərrüfatı traktorları üçün 100 kVtdan çox olan daxiliyanma mühərrikləri (dizellər və yarımdizellər);

Tarix
2020.04.01 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla