Yuxarı

Ramiz Mehdiyevlə bağlı dindirilməyim… - Cəlaloğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramiz Mehdiyevlə bağlı dindirilməyim… - Cəlaloğlu

Ramiz Mehdiyevlə əlaqəli mənim dindirilməyim xəbərinin heç bir əsası yoxdur. Bu, yalan məlumatdır. Mənim Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı məlumat əldə etmək imkanım olsaydı və bilsəydim ki, o, dövlət çevrilişinə hazırlaşır, bununla bağlı bəyanat verərdik, hökumət orqanlarına müraciət edərdik.

Bu sözləri Axar.az-a açılamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ramiz Mehdiyev işi üzrə aparılan istintaq çərçivəsində onun şahid qismində dindirilməsi ilə bağlı yayılan məlumat haqda danışarkən deyib.

“Yəni faktiki olaraq Ramiz Mehdiyevin deputat etdiyi, hüquq-mühafizə orqanlarına yerləşdirdiyi adamlar, bilavasitə xeyir-duası ilə icra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, Sərdar Cəlaloğlu ifadə verir? Bu, tamam yalan bir məlumatdır. Bunu niyə yayırlar, nə üçün yayırlar, anlamıram. Qətiyyən belə bir şey yoxdur və olmayıb. Sadəcə olaraq, o vaxt Ramiz Mehdiyev məsələsi çıxanda Əli Kərimov tərəfdarları bizə hücum etdi ki, guya bizim Ramiz Mehdiyevlə əlaqəmiz var. Mən də onlara cavab verdim. O cavabla bağlı DTX-dən mənə müraciət etdilər, getdim. O vaxt qəzetlərdə Əli Kərimli ilə bağlı olanları bir də təkrarladım.

Vəssalam. Yerdə qalanı boş şeylərdir. Bunları kim edirsə, şərəfsiz adamdır”, - Cəlaloğlu bildirib.

Tarix
2026.09.16 / 08:00
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla