Yuxarı

Liderlərin tele-konfransları: yeni dövr başlayır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liderlərin tele-konfransları: yeni dövr başlayır?

Koronavirus pandemiyası dünya siyasətinə də çox ciddi zərbə vurub. İran, İngiltərə, İtaliya, Fransa və başqa ölkələrin bəzi dövlət xadimləri koronavirusa yoluxub. Koronavirusun yaratdığı təhlükə səbəbilə dövlət başçıları və digər rəsmilər birbaşa görüşlərdən imtina edirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli koronavirus pandemiyası ilə əlaqədar dünya liderlərinin telekonfranslar, virtual iclaslar keçirməsi haqda danışarkən deyib. O qeyd edib ki, hazırda ölkə liderləri başda olmaqla, bir çox diplomatlar, dövlət xadimləri birbaşa görüşlər keçirmir:

“Mövcud vəziyyət diplomatiya sahəsində yeni bir tendensiyanın yaranmasına gətirib çıxarıb. Dövlət başçılarının görüşləri, beynəlxalq tədbirlər telekonfrans və ya digər virtual formada keçirilir. Hətta Böyük Yeddilik (G-7)və G-20 ölkələrinin görüşləri də telekonfrans formatında keçirildi. Bu mənada diplomatiya sahəsində bunu yeni bir tendensiya kimi qiymətləndirmək olar. Düzdür, bu, təhlükəsiz olsa da, düşünürəm ki, birbaşa görüşlərin yaratdığı effekt tamam başqadır. Çünki diplomatiyada bədən dili kimi bir çox nüanslar var. Bu baxımdan fikrimcə, virusun qarşısı alınandan sonra yenidən qarşılıqlı səfərlər təşkil ediləcək və liderlərin birbaşa görüşləri davam etdiriləcək”.

Politoloq Azərbaycan Prezidentinin nazirlərlə birbaşa görüşlər keçirməsini cəsarətli addım olaraq qiymətləndirib:

“Bu, mövcud vəziyyət üçün çox cəsarətli addımdır. Təbii ki, həmin görüşlərdə lazımi təhlükəsizlik qaydalarına riayət edilir. Lakin buna baxmayaraq, ölkə başçısının tapşırıqlarını birbaşa görüşlərlə verməsi önəmli nüansdır”.

Tarix
2020.04.04 / 08:45
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla