Yuxarı

Bakı üçün də kritik müzakirə: Sabaha ümid çoxdur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı üçün də kritik müzakirə: Sabaha ümid çoxdur

Hazırda bazarda 20-25 milyon barrel artıq neft var. Bu artıq hissə bazardan çəkilməsə, çox güman ki, qiymətlər sabitləşməyəcək. OPEK+ ölkələri isə bu həcmdə bir azalmaya gedə bilməz, çünki bu nə fiziki, nə də texniki olaraq mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli OPEK+ ölkələri nazirlərinin aprelin 9-da keçiriləcək videokonfransı haqda fikirlərini bölüşərkən deyib.

O, sabahkı konfransın çox gərgin keçəcəyini bildirib:

“OPEK+” adlanan format OPEK-ə üzv olan və digər neft ölkələrini əhatə edir. Rusiya, Azərbaycan, Qazaxıstan kimi ölkələr də bura aiddir. Görünən odur ki, sabahkı konfrans çox gərgin keçəcək. Konfrans öncəsi Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı kimi ölkələr müsbət bəyanatlar verib. Bu səbəbdən deyə bilərəm ki, konfransın gedişində bazar qiymətlərinə təsir edəcək bəyanatlar səsləndiriləcək. Düşünürəm ki, müəyyən bir razılaşma da baş tutacaq, çünki bu olmadığı halda bazar tamamilə çökə bilər”.

N.Cəfərli qeyd edib ki, neftin real bazar qiyməti ilə birjalardakı qiyməti arasında ciddi fərq var:

“Birjalarda neftin qiyməti 32-33 dollar olsa da, bazarda 25 dollardan yuxarı deyil. Çünki birjalardakı iyun ayının qiymətidir. Real qiymətlər isə bundan aşağıdır. Bu, nadir görülən hadisədir. Digər önəmli məsələ isə neft hasilatının kəskin aşağı düşməsidir. Hətta hasilatın 70 milyon barreldən də aşağı düşməsi gözlənilir. Çünki ölkələr karantin tədbirlərini daha da sərtləşdiriblər. Ona görə də ehtimal edilən azalmanın maksimum 10 milyon barrel olması gözlənilir”.

Ekspert bildirib ki, sabah keçiriləcək videokonfransda ən önəmli məsələlərdən biri də hansı ölkənin nə qədər hasilat azalmasına gedəcəyidir:

“Bu azalmanın böyük bir qisminin Səudiyyə Ərəbistanı ilə Rusiyanın üzərinə düşəcəyi ehtimal edilir. Hər iki ölkənin birgə hasilatı 20 milyon barreldir. Yəni bu iki ölkə birlikdə 10 milyon barrel kəsintiyə getsə, gərək daha 5 miyon barrel kəsinti olsun. Rusiyada bu, texniki olaraq, mümkün deyil. Çünki Rusiya neftinin çıxdığı əsas yer Sibirdir. Əgər neftin çıxarılması dayandırılsa, neft yataqları dona bilər. Səudiyyə Ərəbistanında isə vəziyyət daha yaxşıdır. Çünki texniki olaraq Rusiyadan öndədir. Bu mənada düşünürəm ki, sabah çox gərgin bir müzakirə olacaq. Amma razılaşmanın olacağı ehtimalı yüksəkdir”.

Tarix
2020.04.08 / 14:53
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla