Yuxarı

İsveçdə korona dəhşəti: mindən çox insan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçdə korona dəhşəti: mindən çox insan...

COVİD-19 İsveçdə mindən çox insanın həyatına son qoyub.

Axar.az bu barədə İsveçin İctimai Sağlamlıq Agentliyinə istinadla xəbər verir.

Krallıqda ümumilikdə 11445 nəfərdə koronavirusa yoluxma halı, o cümlədən 1033 ölüm halı təsdiqlənib. Virusun yoxlanılması üçün götürülən testlərdə son 24 saat ərzində daha 497 müsbət cavab qeydə alınıb. COVİD-19 infeksiyasına yoluxan 916 pasiyent hazırda ölkənin xəstəxanalarındakı intensiv müalicə şöbələrində yerləşir.

İsveçin İctimai Sağlamlıq Agentliyinin nümayəndələri dünən axşam gündəlik brifinqdə bildiriblər ki, uzun sürən Pasxa istirahət günlərindən sonra hesabda geriləmə müşahidə olunur. Bununla bağlı ölənlərin sayı ehtimal ki, 1033 rəqəmindən yuxarıdır.

Öz növbəsində, İsveçin dövlət epidemioloqu Anders Teqnellin sözlərinə görə, yoluxanlar arasında başqa dövlətlərdə doğulan ölkə vətəndaşlarının sayı daha çox müşahidə edilir. Söhbət əsasən vaxtilə Somali, İraq, Suriya və digər ölkələrdə yaşayan İsveç vətəndaşlarından gedir.

Qeyd edək ki, dünyanın digər ölkələrindən fərqli olaraq, İsveç COVİD-19 virusuna qarşı mübarizədə nisbətən daha mülayim siyasət aparır. Bu da əksər hallarda ikimənalılığa gətirib çıxarır. Daha sərt tədbirlərin görüldüyü qonşu Norveç, Danimarka və Finlandiyaya nisbətdə İsveçdə qeydə alınan yüksək ölüm halları mətbuatda tez-tez xatırladılır. Buna baxmayaraq, İsveçin dövlət epidemioloqu Anders Teqnell bu müqayisələri yanlış hesab etməyə meyillidir. Onun fikrincə, “müxtəlif ölkələrdə ölüm həddini müqayisə etmək çətindir, çünki ayrı-ayrı ölkələr ölüm hallarının müxtəlif qeydiyyat prosedurlarına riayət edirlər”.

Tarix
2020.04.15 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə arasında vasitəçidir - ABŞ-dan mühüm baxış

Bu il minimum əmək haqqı artırılacaq

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Toliklə Elgizin verilişi bağlandı, Zaur töhmət aldı

Bayramovun müavini Cenevrədə Zəngəzur dəhlizindən danışdı

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi

Türkiyədə F-16 qəzaya uğradı, ölən var - Video

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla