Yuxarı

Lavrovun Qarabağ mesajı: Müzakirədə hansı sənəddir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Qarabağ mesajı: Müzakirədə hansı sənəddir?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dediyi, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən rəsmi bir sənəd danışıqlar masasında yoxdur. Sadəcə, münaqişənin danışıqlar formatında irəli sürülən təkliflər paketi mövcuddur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Qorçakov Fondunun təşkil etdiyi onlayn “dəyirmi masa” zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Sergey Lavrov son zamanlar Paşinyan administrasiyasını münaqişəni uzatdığı üçün sərt tənqid edir:

“Hətta Münhen Təhlükəsizlik Konfransında bu yöndə Ermənistan təmsilçilərinə xəbərdarlıq belə edildi. Bu mənada Lavrov da deyəsən başa düşür ki, Ermənistan münaqişənin həllində səyləri artırmalı və aqressiv siyasətdən əl çəkməlidir”.

Politoloq deyib ki, Sergey Lavrovun hər şey üçün bir ehtiyat planı var:

“Sergey Lavrovun qeyd etdiyi razılığa konkret “Həll paketi” şəklində yanaşmaq qeyri-məqbuldur. Bu gün münaqişə tərəflərinin öz subyektiv tələbləri, maraqları var. Rəsmi Moskva da münaqişənin mərhələli şəkildə həllinə tərəfdir. Ümumiyyətlə, praktiki nöqteyi-nəzərdən münaqişənin mərhələli şəkildə həlli ən məqbul variantdır. Çünki ildən-ilə münaqişə fonunda tərəflərarası problemlər də artır. Azərbaycanın da münaqişənin həllində öz mövqeyi var. Azərbaycan münaqişənin dinc yolla həllində hər zaman maraqlıdır. Madrid prinsiplərində məhz bu faktlar qeyd olunub. Burda vurğulanmalı bir məqam var ki, Azərbaycan Dağlıq Qarabağda heç bir özünüidarəetmə orqanı tanımır. Münaqişənin dinc yolla həllinin tək variantı isə Ermənistanın işğalçı qoşunlarının torpaqlarımızdan çıxarılmasıdır”.

Tarix
2020.04.22 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla