Yuxarı

İrəvan tək qalıb: Sülhə razılaşmasa, Bakı məhv edəcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:07

Ermənistan mediasındakı Bakı ilə danışıqlardan imtina etmək və Qarabağı Ermənistana daxil etmək çağırışları sadəcə isteriyadır. İlk növbədə isə Qarabağ klanına aid bir isteriya; hələ də Qarabağı və Azərbaycanın işğal olunmuş digər ərazilərini geri qaytarmağın onlar üçün qaçılmaz kədərli son olduqlarını dərk etdiklərindən yaranan isteriya.

Bu sözləri Axar.az-a rusiyalı hərbi ekspert Aleksey Xlopotov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı sənədlərin masa üzərində olması açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Lavrovun dilə gətirdiyi bu həll təklifi yeni bir şey deyil:

"Rusiya ardıcıl olaraq Qarabağ probleminin sülh yolu ilə həllini müdafiə edir. Bu seçim həm Qarabağ, həm də Ermənistan üçün ən yaxşısıdır. Və əslində onun qəbul edilməsi qaçılmazdır".

Mütəxəssisin fikrincə, heç bir lobbi nə qədər güclü olmasından asılı olmayaraq, bu prosesə təsir edə bilməz. Çünki bu əraziləri təslim etməmək mümkün deyil:

"Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü bir dövlətə çevrilib ki, əks təqdirdə o, torpaqlarını güc vasitəsilə geri alacaq. Üstəlik, siyasi vəziyyət Azərbaycanın xeyrinə inkişaf edir. Birincisi, Azərbaycan dünya miqyasında erməni işğalından təsirlənmiş bir ölkə kimi tanınır. İkincisi, bu gün qlobal böhran şəraitində, bütün dünya iqtisadiyyatının yenidən qurulması, "imperiyaların" çevriləcəyi gözlənildiyi zaman Ermənistanın problemləri, nə qədər söyləsələr də, heç kim üçün əhəmiyyət kəsb edə bilməz ".

Onun fikrincə, təkcə dünyada deyil, Cənubi Qafqazdakı vəziyyətə həlledici təsir göstərmək imkanı olan Rusiyadakı vəziyyəti də nəzərə almaq lazımdır. Və Rusiyada çox güclü bir siyasi böhran gözlənilmədən yetişdi:

"Ssenarilərdən biri hakimiyyətin bütün qollarının erkən dəyişdirilməsidir. Növbəti bir-iki ayda həm Prezident Putin, həm də Mişustin hökuməti istefaya məcbur ola bilər. Rusiyada bütün diqqət ölkə daxilində baş verənlərə yönələcək ".

Hərbi ekspert əlavə edib ki, sözügedən vaxta qədər Ermənistan münaqişəni sülh yolu ilə həll etmək üçün real addımlar atmasa, Azərbaycana antiterror əməliyyatı keçirməyə şans yaratmış olacaq.

Xlopotov bildirib ki, belə olduğu halda əraziyə yeridilmiş erməni silahlı qüvvələri də avtomatik olaraq terrorçu statusunu alacaq:

"Həm də yalnız hərbi deyil, eyni zamanda siyasi terrorçu olacaq. Bundan əlavə, dünya birliyi tərəfindən tanınmayan "dqr"də keçirilən prezident və parlament seçkilərinin nəticələri də qeyri-qanunidir. Düşünürəm ki, Ermənistanda bunu başa düşürlər. Buna görə də orada isteriya üçün kifayət qədər çox səbəb var".

Tarix
2020.04.24 / 10:59
Müəllif
Zaur, Rəfiqə
Digər xəbərlər

Qəzada həlak olanların nəşinin müayinəsi başladı

Pezeşkianın istefasını niyə istəyirlər? - Video

Qəzada həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?

Ceyms Obrayen Azərbaycana başsağlığı verdi

Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN

Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam

Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla