Yuxarı

İlham Əliyev bəyan edib ki, bizim üçün... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində də Azərbaycanda həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər dövlətin öz vətəndaşlarına verdiyi dəyərin əyani göstəricisidir.

Bu fikirləri Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Belə ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq insanların sağlamlığını, sosial müdafiəsini təmin etmək, iş yerlərini, əməkhaqlarını qorumaq məqsədilə operativ tədbirlər görülür.

Deputatın sözlərinə görə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan sosial məzmunlu tədbirlərin miqyası kifayət qədər genişdir. Dövlət bu məqsədlə böyük həcmlərdə maliyyə vəsaiti ayırır. Prezident İlham Əliyev bəyan edib ki, bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Dövlətimizin başçısı bu günlərdə bir daha qeyd etdi ki, heç bir sosial proqram, sosial layihə təxirə salınmayacaq.

“Hazırda pandemiya şəraitində biz sosial proqramların daha da genişləndirilməsinin şahidiyik. Sosial dövlət olan Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir və qayğıya ehtiyacı olan bütün insanlar müvafiq dəstək proqramlarından bəhrələnirlər. Respublikamız həyatımıza bir sıra çətinliklər gətirən pandemiya şəraitində də özünün bu siyasətinə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyev ölkədə pandemiya şəraitində həssas qruplardan olan insanların sosial müdafiəsini ən mühüm məsələlərdən biri kimi qarşıya qoyub. Dövlətimizin başçısı 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə söylədiyi nitqində bununla bağlı qəti mövqeyini bildirərək deyib: “Həssas təbəqənin qorunması, hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”. Respublikamızda pandemiya şəraitində digər istiqamətlərdə olduğu kimi, əhalinin həssas qruplarının sosial müdafiəsinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərin də əhatə dairəsi kifayət qədər genişdir. Bu barədə rəsmi məlumatlar ictimaiyyətə mütəmadi olaraq çatdırılır. Əsas məqam odur ki, bu məsələdə vətəndaşlarımız birlik və həmrəylik nümayiş etdirir, dövlətimizin atdığı addımları dəstəkləyirlər. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanların Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çoxsaylı minnətdarlıq məktubları da bunu təsdiqləyir. Bütün bu faktlar göstərir ki, hazırkı şəraitdə dövlətimizin düşünülmüş siyasəti və milli birliyimiz bu çətin sınaqdan uğurla çıxmağımıza başlıca vəsilə olacaq”, - deyə S.Fətəliyeva vurğulayıb.

Tarix
2020.04.29 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla