Yuxarı

Türkiyə Liviyada bu ölkə ilə üz-üzə: Növbədə odur!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Liviyada bu ölkə ilə üz-üzə: Növbədə odur!

Bu gün Liviyada baş verən siyasi qarşıdurma daxili proses müstəvisindən regional münaqişəyə çevrilib. Faktiki olaraq bu gün Liviyada Türkiyə və Misir arasında qarşıdurma gedir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Misirin qiyamçı Haftar ordusuna dəstək məqsədilə Liviyaya hərbi qüvvə göndərməsini şərh edərkən deyib. O vurğulayıb ki, Sisinin Haftara dəstək verməsi ilk dəfə deyil:

"Liviyada siyasi-hərbi proseslər başlayan gündən Misir bu qarşıdurmada öz mövqeyini ortaya qoydu. Yəni Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Sisi Liviyada hərbi çevrilişə cəhd edən Xəlifə Haftara açıq dəstək verdi".

Ekspert bildirib ki, Sisinin Haftara dəstək verməsinin pərdəarxası məqamları var:

"Birincisi, Sisi Haftarı xələfi kimi görür. Çünki bu gün Liviyada baş verən siyasi proseslər 2012-2013-cü illərdə Misirdə olub. İkincisi, Misir Türkiyədən ehtiyat edir. Bu gün Türkiyənin dəstəyi ilə Sərrac hökuməti Haftara ciddi zərbələr vurmaqdadır. Liviyada üstünlük artıq Haftardan Sərraca keçib. Sərracın qalib gəlməsi isə Türkiyənin regionda həm Liviya kimi bir müttəfiq qazanmasına, həm də Misiri Aralıq dənizində sıxışdırmasına imkan verəcək. Üçüncüsü, Qahirə yaxşı başa düşür ki, Haftarın Liviyada məğlub olması regionda domino effekti yarada bilər. Çünki Haftar Türkiyə ilə Misir arasında sədd rolunu oynayır. Haftarın məğlub olması sıranın Sisiyə gəlməsi deməkdir. Misirdə hazırda Sisi əleyhdarlarının sayı kifayət qədər çoxdur".

Tarix
2020.05.06 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla