Yuxarı

Rektorun döyülən qızının toy görüntüsü yayıldı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorun döyülən qızının toy görüntüsü yayıldı – Video

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının küçədə tanışları Elin və Zaur Məmmədov qardaşları tərəfindən döyülən qızı Ülkər İsayevanın toyundan kadrları əldə etmişik.

Axar.az-ın araşdırması zamanı Ülkərin həyat yoldaşı Aydınla birlikdə toy mərasimində etdiyi rəqs və müxtəlif performanslar üzə çıxıb. 8 aprel 2012-ci ildə "Ağ saray"da keçirilən toyun Yutub sosial şəbəkəsində yayılan kadrlarının ardınca onun döyülməsini əks etdirən kadrlar təqdim olunur.

Qeyd edək ki, atasının rektoru olduğu unviersitetdə Psixologiya departamentinin koordinatoru Ülkər İsayeva martın 8-dən 9-a keçən gecə döyülüb. O, hadisədən qabaq, martın 4-də Xəzər TV-də yayımlanan "Yeri gəlmişkən" verilişində "Kompleks nə deməkdir? Kompleksdən necə azad olmaq olar" mövzusunda çıxış edib.

Qeyd edək ki, Ülkər İsayeva əvvəlcə evli olub. Bir azyaşlı qızı var. Əri Aydın Əhmədzadədən boşanmasının üstündən isə heç 1 il keçməyib. Onlar 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıblar.

Yayılan məlumatlarda bildirilir ki, Ülkər İsayeva 09.03.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində Məmmədov qardaşları tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.

Döyənlərin Məmmədov Zaur Muxtar oğlu və Məmmədov Elin Muxtar oğlu olduğu bildirilir. Qardaşlar əvvəlcə saxlanılsa da, sonradan Xətai Rayon Məhkəməsi tərəfindən azad ediliblər. Baş Prokurorluq məhkəmənin bu qərarından protest verib.

Qardaşlar Rusiyanın tanınmış iş adamı Muxtar Məmmədovun oğludur. M.Məmmədovun kriminal avtoritet olduğu bildirilir.

Tarix
2015.03.17 / 15:31
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla