Yuxarı

Nyus Blez: Bakı bu 3 ayda nələr edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu Nyu Bleyz nəşri (https://newsblaze.com/) Azərbaycanda pandemiya ilə bağlı məqalə tirajlayıb.

Axar.az sözügedən məqaləni ixtisarla təqdim edir:

Dünya üzrə qeydə alınmış koronavirus hadisələrindəki artımın normallaşdırılması və azaldılması barədə danışılır. Tez-tez mediada ABŞ-da, Avropa ölkələrində, hətta İsraildə bu hallardan bəhs edilir.

Bəs Azərbaycan kimi ölkələr haqqında nə demək olar?

2 fevral 2020-ci ildə Azərbaycana səyahət etdim. Mən məlumatlı bir insanam və oxuduğum xəbərlərdən artıq bilirdim ki, Çində 60 milyonluq bölgədə hamı karantinə alınıb. O vaxt bu virus Çin sərhədlərini adlamış və dünya yoluxdurmağa başlamışdı.

Bu məqsədlə özümü səfər üçün maska ilə təchiz etdim. Los Anceles Beynəlxalq Hava Limanına gələndə gördüm ki, maska taxan tək mən deyiləm.

Gecə Azərbaycana çatanda tibb qrupu hava limanına gələn sərnişinlərin hərarətini yoxlayırdı və hava limanında hamı artıq maska taxmışdı.

İndi, demək olar ki, üç aydan sonra bütün dünyanın yavaş-yavaş karantindən qurtulduğu bir zamanda 10 milyon əhalisi olan bir ölkənin pandemiya ilə necə mübarizə apardığını bilmək istədim.

Artımın normallaşdırılması

Həm özümüzdə, həm də cəmiyyətimizdə koronavirus kimi hadisələrin yayılmasının qarşısını almaq cəhdlərinə “ artımın normallaşdırılması” deyilir. Ancaq dünyada milyonlarla insan bu termini ilk dəfə COVID-19 virusunun yayılması ilə eşitdi.

Bəzi statistik nümunələr

ABŞ-da 1,58 milyon yoluxma halı, 93.806 ölüm hadisəsi baş verdi;

Kaliforniyada 81,795 yoluxma halı, 3,334 ölüm;

Danimarkada 11,117 yoluxma halı, 554 ölüm;

İsveçdə - tam kilidlənmənin qarşısını alan və “kütləvi immunitet”ə cəhd edən bir ölkədə - 31.523 yoluxma halı, 3.831 ölüm;

İsraildə 16,667 təsdiqlənmiş yoluxma hadisəsi, 279 ölüm;

Türkiyədə 153.000 təsdiqlənmiş yoluxma hadisəsi, 4.222 ölüm;

Gürcüstanda 38.721 təsdiqlənmiş yoluxma faktı, 1.664 ölüm qeydə alınıb.

Ümumilikdə dünyada 5 milyona yaxın yoluxma faktı, 327.000 ölüm halı qeydə alınmışdır.

Azərbaycanda - qeyd etdiyim son tarix kimi 21 may 2020-ci il etibarilə - 3,631 təsdiqlənmiş yoluxma hadisəsi, 43 ölüm mövcud idi. 19 may 2020-ci il tarixinə ölkədə cəmi 240,220 koronavirus testi keçirilmişdir.

Virus artıq ziyarət etdiyim yerlərdə yayılanda, 2020-ci ilin fevral ayının əvvəllərində Azərbaycana səfərimi xatırlayaraq, Azərbaycanın nəzərəçarpacaq dərəcədə az sayda koronavirus faktı barədə daha çox məlumat almaq istəyirdim. Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun ofislərinə zəng etdim və burada təqdim etməkdən məmnunluq duyacağım məlumatlar əldə etdim.

Azərbaycan və COVİD-19

Virusun yayılmasının qarşısını almaq üçün erkən, genişmiqyaslı və ciddi karantin qaydaları tətbiq edilmişdir.

Öz təhlükəsiz yaşayış yerlərini tərk etmək üçün əhali icazə almalı idi.

65 yaşdan yuxarı insanların evlərini tərk etməsinə qadağa qoyuldu.

Ölkə daxilinə və ölkədən xaricə quru və hava yolu ilə girişə qadağa tətbiq edildi.

Paytaxt Bakıya və digər şəhər və rayonlara quru və hava yolu ilə standart sərnişin daşınması qadağan edildi.

Bütün tədris onlayn və milli televiziya proqramları vasitəsilə aparılmağa başlandı.

Bütün ictimai iaşə obyektləri bağlandı.

Mərasimlər, idman tədbirləri, hər cür əyləncələr, dini mərasimlər, toylar, cənazə mərasimləri kimi ictimai tədbirlər qadağan edildi.

Səhiyyə sisteminə gəlincə, ən qısa müddətdə yenidən quruldu.

Ən yaxşı xəstəxanalar koronavirus xəstələrini müalicə etmək üçün hazır vəziyyətə gətirildi.

"Azərbaycanda ikinci bir koronavirus dalğası olarsa, əlavə çarpayılarımız var. Nəticə etibarilə, səhiyyə sisteminin modernizasiyası həmişə olduğundan daha vacibdir, çünki heç kim koronavirusun nə qədər yayılacağını bilmir”, - bunlar Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sözləridir.

“Ölkədə səhiyyə satınalma sistemini gücləndirmək üçün Məcburi Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Dəstək” çərçivəsində davam edən birgə layihə, ölkənin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBIB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə (BMTİP), cəbhə bölgəsi səhiyyə işçilərinin və xəstələrinin daha yaxşı qorunmalarını təmin etmək üçün tibbi avadanlıqlar satın aldı. Bura BMTİP-in beynəlxalq tədarük zəncirləri vasitəsi ilə Bakıya gətirilən 50.000 qoruyucu maska və 1000 kontaktsiz infraqırmızı termometrin alınması da daxildir.

Xaricdəki Azərbaycan vətəndaşlarına gəldikdə isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycan Hava Yolları (AZAL) həmvətənlərinin vətənlərinə qayıtması üçün çarter reysləri həyata keçirdi. Ümumilikdə 20 mindən çox Azərbaycan vətəndaşı ölkəyə qaytarıldı. Bu yazını yazdığım tarix etibarilə Azərbaycan artıq tədricən normal vəziyyətə qayıdır.

18 may 2020-ci il tarixindən etibarən Azərbaycan karantin dövründə məcburi olan, COVİD-19 səbəbiylə tətbiq olunan bir sıra məhdudiyyətləri yumşaltdı.

Artıq evdən çıxmaq üçün icazə almağa ehtiyac yoxdur.

65 yaşdan yuxarı yaşlıların evlərini tərk etməsinə qoyulan qadağa, yalnız lazım olduqda evdən çıxmaq, izdihamlı yerlərdən qaçmaq, sosial məsafəni qorumaq və qoruyucu vasitələrdən istifadə etmək şərti ilə aradan qaldırıldı.

10 nəfərdən çox toplaşma olmaması şərtilə bulvarlara, parklara və istirahət zonalarına giriş məhdudiyyətləri götürüldü.

Ümumilikdə, restoran, kafe, çay evi və ictimai iaşə müəssisələrinin xidməti müvafiq epidemioloji sanitar qaydalara uyğun olaraq bərpa edilmişdir.

Muzeylərə və sərgi salonlarına ziyarətlər bərpa edildi.

Ehtiyat norması

Bəzi məhdudiyyətlər hələ də qalmaqdadır.

Yük daşınması istisna olmaqla, ölkəyə quru və hava yolu ilə daxil olmaq qadağası hələ də davam edir; sərnişinlərin quru və hava ilə daşınması qadağası da.

Təhsil müəssisələri bağlı qalmaqdadır.

Toy, mərasimlər, kütləvi tədbirlər, mədəni və idman tədbirləri, dini ayin xidmətləri və hər hansı digər qapalı yerlərdə toplanma kimi bütün yığıncaqlar də qadağandır.

Azərbaycan Prezidenti İlham Əliyev nikbindir

12 may 2020-ci il tarixli nitqində cənab Əliyev bildirdi: “İqtisadi göstəricilərimizə gəldikdə... Bir çox ölkələrin iqtisadi vəziyyəti çətin olaraq qalır, iqtisadiyyat tənəzzüldədir... Azərbaycanda iqtisadiyyat cüzi olsa da - 0,2 faiz - böyüdü. Əlbəttə ki, bu şərti artım hesab edilə bilər. Ancaq hələlik tənəzzül yoxdur”.

“Qeyri-neft sektorunun inkişafına gəldikdə, bu sektorun sənaye artımı 16 faizdən çoxdur. Bu isə görülən işlərin nəticəsidir... Ancaq hər kəs bilməlidir ki, valyuta ehtiyatlarımız azaldı. İqtisadiyyatı canlandırmaq və iş yerlərini bərpa etmək üçün vaxt lazımdır. Buna görə də işsizliyin qarşısının alınması üçün 90 min ictimai iş yeri yaradırıq. Bununla birlikdə bütün ölkələrdə işsizlik artdı. Ən inkişaf etmiş ölkələrdə belə sürətlə böyüdü. Rəqəmlər, yəqin ki, Azərbaycanda da böyüdüyünü göstərəcəkdir... Bizim əsas məqsədimiz həm koronavirusla bağlı vəziyyətə nəzarət etmək, həm də pandemiyadan effektiv şəkildə çıxmağı planlaşdırmaqdır ki, öz fəaliyyətimizi mümkün olduğu qədər tez bir zamanda bərpa etməyə müvəffəq olaq..."

“Hamımız birlikdəyik” beynəlxalq səylərinə qoşulan Azərbaycan 13 ölkəyə və 3 beynəlxalq təşkilata Azərbaycanda istehsal olunan bütün dezinfeksiyaedici maddələr, qoruyucu materiallar və digər zəruri avadanlıqlar göndərərək kömək edib.

Tarix
2020.05.21 / 23:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla