Yuxarı

İlham Əliyev 9 ölkənin səfirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

8:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Humberto Vinueza Rodriqezin etimadnaməsini qəbul edib.

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, səfir Humberto Vinueza Rodriqez fəxri qarovul dəstəsinin qarşısından keçib.

Humberto Vinueza Rodriqez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlət başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirib. Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd edib. Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Humberto Vinueza Rodriqez Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçib.

Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib.

Səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçib.

Dik Esparon etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə etdi. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.

Səfir Xorke Abarka del Karpio fəxri qarovul dəstəsinin qarşısından keçib.

Xorke Abarka del Karpio etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Xorke Abarka del Karpio paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Peru arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Uruqvay Şərq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnaməsini qəbul edib.

Səfir Anibal Kabral Seqalerba fəxri qarovul dəstəsinin qarşısından keçib.

Anibal Kabral Seqalerba etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, müştərək layihələrin icrası və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüşlər zamanı əməkdaşlığımızın siyasi, iqtisadi və digər sahələrdə genişləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmini qeyd edib.

Səfir Anibal Kabral Seqalerba Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin inkişafına toxunan səfir parlamentlərarası əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən diplomat Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, ticarət, mədəni əlaqələr və digər sahələrdə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay Şərq Respublikası dövlətinin başçısına çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.

Səfir Peter Priputen fəxri qarovul dəstəsinin qarşısından keçib.

Peter Priputen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev birgə fəaliyyət sahələrinin araşdırılmasının zəruriliyini qeyd edib. Dövlət başçısı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını deyib.

Səfir Peter Priputen ölkəmizə səfərindən ötən dövr ərzində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Diplomat Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu və dövlətlərimiz arasında hər hansı siyasi problemin olmadığını vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, turizm, idman, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı söhbət zamanı slovakiyalı diplomat ölkəsinin bu Oyunlarda 250 idmançı ilə təmsil olunacağı barədə dövlətimizin başçısına məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehin etimadnaməsini qəbul edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Venesuela Bolivar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın etimadnaməsini qəbul edib.

Tarix
2015.03.28 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzenin Azərbaycana səfəri başa çatdı

Prezident Kobaxidzenin səfəri ilə bağlı bunu xüsusi vurğuladı

Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir

Əliyevlə Kobaxidzenin nahar əsnasında geniş tərkibdə görüşü...

Delimitasiya komissiyasının görüşündə razılaşma... - Deputat

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Gürcüstanın istehlak etdiyi təbii qazın 80%-dən çoxu...

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Dövlət başçıları mətbuata birgə bəyanatla çıxış etdi - Foto

Azərbaycan bizim üçün qardaş ölkədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla