Yuxarı

Ateist kliniki ölüm keçirib mömin oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ateist kliniki ölüm keçirib mömin oldu

ABŞ Müdafiə Nazirliyinin keçmiş laborantı Anna Stoun 38 yaşında klinik ölüm keçirib və bundan sonra Tanrının varlığına inanmağa başladığını bildirib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, əvvəllər ateist olan amerikalının ektopik hamiləlik zamanı ürəyi altı dəqiqə dayanıb. O, bu müddətdə uşaqlığındakı müxtəlif yaş dövrlərinə aid öz obrazlarını gördüyünü, Tanrının varlığını hiss etdiyini, reanimasiyadan sonra isə paranormal qabiliyyətlərinin yarandığını iddia edib.

Stounun sözlərinə görə, əvvəlcə dözülməz ağrı hiss edib, daha sonra sanki öz bədəninin yanında dayanaraq həkimlərin onun ölümünü qeydə almasını izləyib. Bu vəziyyətdə o, özünü 2, 6, 12 və 16 yaşlarında görüb, həmçinin həyatı boyu münaqişə yaşadığı insanlarla qarşılaşıb və öz hərəkətlərinə onların baxış bucağından baxa bildiyini deyib.

O, Tanrının varlığını okeana, insanları isə bu okeandan ayrılmış damlalara bənzədib. Stounun təsvirinə görə, hər bir insanın daxilində ilahi bir hissə var və ölümündən sonra insanlar fərdiliyini itirmədən vahid şüur “dənizinə” qayıdırlar. Həkimlər altı dəqiqədən sonra onu həyata qaytara biliblər.

Stoun bildirib ki, həyata qayıtdıqdan sonra onda paranormal qabiliyyətlər yaranıb. Onun sözlərinə görə, təhlükə barədə xəbərdarlıq edən daxili səs eşitməyə başlayıb. Məsələn, bu səs ona piyadanın avtomobil tərəfindən vurula biləcəyi barədə xəbərdarlıq edib. Başqa bir halda isə o, tanımadığı bir şəxsin saatla bağlı ağlından keçirdiyi suala cavab verib.

Cənubi Kaliforniya Universitetində aparılan müayinələr zamanı şizofreniya ehtimalı istisna edilib. Ona yalnız ağır uşaqlıq dövrü ilə əlaqəli posttravmatik stress pozuntusu diaqnozu qoyulub.

Stoun həmçinin alkoqol asılılığından qeyri-adi şəkildə qurtulduğunu deyib. Onun sözlərinə görə, spirtli içki ağzında isti köpüyə çevrilməyə başlayıb. Daha sonra o, mənəvi psixologiya üzrə təhsil alıb və hazırda dərs deyərək digər insanlara travmalarını anlamağa kömək edir.

Tarix
2026.09.09 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla