Yuxarı

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış “Qollar qazandırır!” kampaniyasının ardınca futbol mövsümü ərəfəsində ABB yeni bir kampaniyaya start verir. “ABB Play – Master Liqa” adlanan kampaniya 9 sentyabr 2026–cı ildə başlanacaq və 05 iyun 2027-ci il tarixinə qədər davam edəcək.

“ABB Play – Master Liqa” ABB mobile istifadəçiləri üçün futbol proqnozları və bank əməliyyatlarını “Gamification” mexanizmində birləşdirir.

ABB mobile istifadəçisi kampaniyaya qoşulub, futbol oyunlarının nəticələrini proqnozlaşdırır, ABB-nin məhsul və xidmətlərindən istifadə etməklə qollar toplayıb hədiyyələr qazanır. Kredit, kart, ipoteka, DigiTravel, ABB İnvest, Open Banking, DigiDeposit, ödənişlər və digər seçilmiş bank əməliyyatları istifadəçiyə əlavə qollar qazandırır. Bundan əlavə, ABB Mastercard kart sahibləri ABB Mastercard kartları ilə ödəniş etdikdə xüsusi bonusları aktivləşdirə və əlavə xal/qol qazana bilərlər.

Kampaniya 4 mərhələdən ibarətdir:

Mərhələ 1: 09.09.2026 – 29.10.2026

Mərhələ 2: 30.10.2026 – 28.12.2026

Mərhələ 3: 29.12.2026 – 01.03.2027

Final: 02.03.2027 – 05.06.2027

Kampaniyada ABB mobile tətbiqinin bütün istifadəçiləri iştirak edə bilərlər. Qollar qazanmaq üçün əvvəlcə kampaniyaya qoşulmaq tələb olunur. Bank əməliyyatlarına görə qollar məhsuldan asılı olaraq birdəfəlik, hər mərhələdə yenidən və ya əməliyyat həcminə uyğun hesablanır.

Turlar üzrə mükafatlara səyahət kuponları, “iPhone”, “MacBook Air”, “iPad Air”, “Apple Watch”, “AirPods”, keşbeklər daxildir.

Final mükafatları 10 000 qalib üçün Sea Breeze-də mənzil, avtomobil, səyahət kuponu, “Apple” cihazları, keşbeklər olaraq nəzərdə tutulub.

Kampaniya şərtləri ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.09.09 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla