Yuxarı

Lavrovun sirli zəngi: Türkiyə müzakirə edilir... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:09

Yunanıstan Türkiyə ilə uzlaşmağa çalışır. Rəsmi Afina yaxşı anlayır ki, müharibə mövcud vəziyyətdə heç kəsə fayda verməyəcək. Buna görə də Rusiyanın vasitəçi kimi Türkiyə ilə danışıqlar aparmaq istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Cənubi Kipr Xarici İşlər naziri Nikos Xristodulidis arasında baş tutan telefon danışığını şərh edərkən deyib. O bildirib ki, Türkiyənin istər Aralıq dənizinin şərqində, istərsə də Liviyada apardığı uğurlu xarici siyasət və siyasi manevrlər yunan tərəfini ciddi narahat edir:

“Lavrovla Cənubi Kipr Xarici İşlər naziri arasında baş tutan telefon danışığı yunanların türkləri ruslara şikayətindən başqa bir şey deyil. Yunanıstan Türkiyəni birbaşa deyil, Cənubi Kipr vasitəsilə şikayət edir. Çünki Yunanıstanın birbaşa özünün şikayət etməsi onun prestijinə zərbə vurar. Yəni belə olan halda Yunanıstan Türkiyə qarşısında aciz olduğunu etiraf etmiş olar”.

Ekspertin sözlərinə görə, Yunanıstan Türkiyənin Şərqi Aralıq dənizi və Liviyada üstünlüyü ilə barışa bilmir:

“Yunanıstan Türkiyənin həm Aralıq dənizinin şərqində, həm də Liviyada baş verən proseslərdə aktiv şəkildə iştirakını yaxından izləyir. Əslində, son aylar Yunanıstanın Türkiyə əleyhinə bəyanatlar verməsi, hətta müharibə ilə hədələməsi anlaşılandı. Birincisi, Türkiyənin Aralıq dənizində təbii yanacaq axtarışına başlaması və bu istiqamətdə Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlıq etməsi yunanları qıcıqlandıran ilk addım oldu. Çünki Yunanıstan hələ də adanın və sahil xəttinin özlərinə aid olduğunu düşünür. Lakin reallıq ondan ibarətdir ki, adada iki dövlət var və Cənubi Kipr Yunanıstan üçün nədirsə, Şimali Kipr də Türkiyə üçün odur. İkincisi, Türkiyənin Liviyada Sərrac hökuməti ilə əldə etdiyi razılaşma faktiki olaraq Yunanıstanla Cənubi Kipr arasında dəniz sərhədini qapadır. Məsələ ondadır ki, Sərrac hökuməti Türkiyəyə qanuni dəniz sərhədlərindən bir hissəni güzəştə gedib. Əvəzində isə türklər Sərrac hökumətinə istər Haftarla mübarizədə, istərsə də qələbədən sonra Liviyanın restavrasiyasında dəstək olacaq. Yunanıstan bu razılaşmanın Kiprin blokadaya alınması və Türkiyənin Şərqi Aralıq dənizində üstün olması kimi qiymətləndirir”.

V.Zifəroğlunun sözlərinə görə, Yunanıstan Rusiya faktorunu qabardaraq Türkiyənin regionda müəyyən güzəştə getməsinə çalışır:

“Yunanıstan Rusiya vasitəsilə Türkiyə ilə uzlaşmağa və ya onun Şərqi Aralıq dənizindəki fəaliyyətlərini ləngitməyə çalışır. Sadə şəkildə desək, yunanlar ruslara deyir ki, mən Türkiyə ilə bacarmıram, sən danış”.

Tarix
2020.06.20 / 10:59
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla