Yuxarı

Paşinyan müharibəni yada salır ki... - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusu Ermənistanın istənilən təxribatının qarşısını almaq qüdrətindədir. Ordumuz Ali Baş Komandanın müharibə əmrini gözləyir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov son zamanlar cəbhə xəttində atəşkəsin pozulma dinamikasında baş verən artımı şərh edərkən deyib. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan köhnə müharibə kartından istifadə edir:

“Ermənistan tərəfinin son zamanlar cəhbə xəttində atəşkəs rejimini intensiv pozması tamamilə siyasi bir prosesdir. Məsələ ondadır ki, hazırda Ermənistanda siyasi proseslər olduqca mürəkkəbdir. Xüsusilə, son günlər kütləvi həbslərin başlaması, pandemiya ilə mübarizədə uğursuzluqlar və iqtisadi problemlər Paşinyana qarşı etirazların çoxalmasına səbəb olub. Faktiki olaraq bu gün Paşinyan 2 il öncə ciddi dəstəyi sayəsində hakimiyyətə gəldiyi xalqla indi üz-üzə qalıb. Bundan əlavə, bir çox müxalifət partiyalarının Paşinyana qarşı birləşməsi Ermənistanda baş verən siyasi tablonu göz önünə sərir. Mövcud siyasi vəziyyətdən xalqın fikrini yalnız cəbhə xəttində atəşkəsi intensiv pozmaqla, daxili auditoriyaya müharibə faktorunu xatırladaraq çıxmaq olar. Yəni “müharibə hər an başlaya bilər, belə bir zamanda birlik lazımdır” mesajı verilir”.

Polkovnik qeyd edib ki, istər Paşinyan olsun, istərsə də ondan sonra başqa bir erməni lider, düşmənin Qarabağ siyasətində dəyişən bir şey olmayacaq:

“Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, mövcud vəziyyəti uzatmaqdan başqa bir şey etməyəcək. Hazırda Ordumuz cəbhə xəttində ayıq-sayıqdır. Düşmənin istənilən təxribatına layiqli cavab verməyə hazırıq. Bu məqsədlə Müdafiə nazirimiz də tez-tez ön xəttə səfərlər edir, vəziyyətlə yerindəcə tanış olur”.

Tarix
2020.07.02 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla