Yuxarı

Kuznetsovun bu addımı ermənilərə növbəti zərbədir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:45

Oleq Kuznetsovun Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalını açması münaqişənin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradacaq. Bu, informasiya müharibəsi gedişində ermənilərə ciddi zərbə deməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsovun Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açmasını şərh edərkən deyib. O bildirib ki, Kuznetsovu belə informasiya kanalı açması önəmli hadisədir:

“Çünki bu gün ermənilərlə sadəcə cəbhədə deyil, müasir dövrün əlçatan bütün vasitələrində mübarizə aparırıq. Bu mübarizə informasiya sahəsində də gedir. Kuznetsovu uzun müddətdir tanıyıram və birgə söhbətlərimiz zamanı mənə münaqişə ilə bağlı düşüncələrini deyib. Yəni deyə bilərəm ki, Oleq Kuznetsov münaqişənin həllində tam qərəzsiz mövqe sərgiləyir. Onun Yandeks (Yandex) internet bazasında yaratdığı informasiya kanalının adına baxmaq belə bu sözlərimin nə dərəcədə həqiqəti əks etdirdiyini göstərir”.

Politoloqun sözlərinə görə, Oleq Kuznetsovun təşəbbüsü erməni tərəfini ciddi narahat edib:

“Əslində, bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın atdığı ən kiçik addım belə erməniləri ciddi narahat edir. Məsələ ondadır ki, ermənilər daim qorxu içindədirlər. Bəhs etdiyim qorxu erməni yalanları altında gizlənən həqiqətlərin dünyaya çatdırılmasıdır. Şübhəsiz, bu gün ermənilərin dünyada məzlum, haqsızlığa uğramış bir xalq imici hələ də var. Lakin istənilən halda bu xalqın xüsusilə rəhbərlərinin işğalçı, quldur-faşist üzü əvvəl-axır gün üzünə çıxacaq. Düşünürəm, bu mənada Oleq Kuznetsovun təşəbbüsü erməniləri daha ciddi narahat edir. Çünki bu şəxsin kifayət qədər geniş bir oxucu və izləyici kütləsi var, həmçinin Rusiyanın nüfuzlu elm adamıdır. Bu isə ermənilər üçün böyük zərbədir”.

Qeyd edək ki, Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün bu linkə daxil olub “Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiniz.

Tarix
2020.07.08 / 10:10
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla