19:45
Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən
müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım
verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci
ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına
800,0 (səkkiz yüz) manat məbləğində, Böyük Vətən müharibəsində
həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi
illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən
donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın
mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin
işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin
müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına
400,0 (dörd yüz) manat məbləğində birdəfəlik maddi yardım
verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan 8,3 milyon (səkkiz milyon üç yüz min) manat ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xüsusi
hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu
birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
İlham Əliyev "2015-ci ilin Azərbaycan Respublikasında
"Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın
təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir:" Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili"
elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 12 yanvar tarixli 988 nömrəli Sərəncamına uyğun olaraq
qərara alıram:
1. "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı
ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin (əlavə
olunur).
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər
Planının icrasının təşkilində əlaqələndirici orqan Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. "2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı
ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda nəzərdə tutulmuş
tədbirlərin maliyyələşdirilməsini təmin etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin".
21:33
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari
sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 24 fevral tarixli 1210-IVQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin icbari sığortası haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 24 fevral tarixli 1210-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari
sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik
nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin".
***
İlham Əliyev "Tibbi sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 24 fevral tarixli 1211-IVQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 24 fevral tarixli 1211-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Tibbi sığorta haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Tibbi sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
22:13
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"də
dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral
tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89, № 7, maddə 621; 2014,
№ 5, maddə 447, № 9, maddə 1027 ) ilə təsdiq edilmiş "Tələbə-məzun"
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"yə aşağıdakı
məzmunda 6.11-1-ci yarımbənd əlavə edilsin:
"6.11-1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti;".
***
İlham Əliyev həmçinin "Ovçuluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 6 mart tarixli 1225‑IVQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart
tarixli 1225‑IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Ovçuluq haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Ovçuluq haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin".
22:25
İlham Əliyev xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci
il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununun tətbiqi haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Xüsusi mühafizə olunan
təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin".
22:59
İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 6 mart tarixli 1221‑IVQD nömrəli
Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq,
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi
haqqında" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli
1221‑IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa