Yuxarı

Milli Məclisdə nələr dəyişdi? – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisdə nələr dəyişdi? – Millət vəkili

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

- Milli Məclisin yaz sesiyası başa çatdı. Hansı təəssüratla tətilə gedirsiniz? Parlamentə ilk dəfə seçilən deputatlar barədə fikrinizi bilmək də maraqlı olardı...

- Milli Məclis yaz sesiyasını koronavirus pandemiyası dövründə keçirdi və bu, sözsüz ki, bizim işimizə mənfi təsirini göstərdi. Komitə iclasları əsasən videokonfranslar formatında keçirilirdi. Bəzən iclasları tez yekunlaşdırmağa çalışırdıq. Amma bütün bunlara baxmayaraq, bir çox müsbət dəyişiklikləri də qeyd etmək istərdim. Məclisdə təşəbbüskarlıq və sağlam tənqid, həmçinin müəyyən istisnalarla sağlam tənqidə dözümlülük artıb. Deputatlara imkan yaradılırdı ki, seçicilərinin problemlərindən danışa bilsin. Hətta bəzi həmkarlarımız bundan narahatlıqlarını ifadə edirdilər ki, destruktiv qüvvələr problemlərin səsləndirilməsindən sui-istifadə edir. Mənim fikrim bu məsələdə ondan ibarətdir ki, seçici deputatının onun problemlərindən danışdığını görməlidir. Əks halda o, problemlərindən danışılan başqa auditoriya axtaracaq, başqasını öz maraqlarının təmsilçisi kimi görəcək.

Yeni seçilmiş deputatlara gəldikdə isə bəzilərinin iddialı danışması heç kimi narahat etməməlidir, əksinə, sevindirməlidir. Təki onlar yaxşı parlamentar kimi özlərini təsdiq edə bilsinlər. Deputatın işi o olmamalıdır ki, seçicisinin gündəlik qayğıları ilə birbaşa məşğul olsun. Bunun üçün icra orqanları, bələdiyyələr var. Deputat problemlərin nədən qaynaqlandığını öyrənməli, seçiciləri üçün firəvan həyatı, qanunun aliliyini təmin edəcək qanunvericilik bazasının yaradılmasına öz töhfəsini verməlidir. Yeni seçilmiş deputatların əksəriyyəti parlamentin işinə fəal formada qatılıb və bu da bizi sevindirməyə bilməz.

Tarix
2020.07.09 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

ABŞ-ın ictimai-siyasi xadimləri Azərbaycana gələcək

Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsulları yola salındı - Foto

Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?

Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atılacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla