Yuxarı

BMT hesabatı: Bakı bu indeksdə regionun lideridir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT hesabatı: Bakı bu indeksdə regionun lideridir!

BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində ölkəmizin 166 ölkə arasında 54-cü pillədə qərarlaşması mövcud şərtləri də nəzərə alsaq, olduqca vacib bir göstəricidir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, “Davamlı inkişaf hesabatı” hazırlanarkən xüsusi metodologiyadan istifadə edilir:

“Bu, dünyadakı prestijli və olduqca önəmli hesabatlardan biridir. Çünki hesabat hazırlanarkən statistikalar diqqətlə aparılır, yekunda ciddi təhlil edilir. Eyni zamanda dövlətlərin real və təklif edilən statistik göstəriciləri də qarşılaşdırılır. Çünki bəzi hallarda dövlətlər həqiqəti əks etdirməyən məlumatlar təqdim edə bilir. Məhz bu səbəbdən real statistik göstəricilər daim diqqət mərkəzindədir”.

Ekspertin sözlərinə görə, bu statistika Azərbaycanın öz mövqeyini mərhələli şəkildə möhkəmlətdiyini və qarşıya qoyulmuş hədəflər istiqamətində uğurlu siyasət həyata keçirdiyini təsdiqləyir.

Qeyd edək ki, sözügedən indeksdə Azərbaycanın regionun lideri olduğu əks olunub.

Tarix
2020.07.12 / 10:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla