Yuxarı

Ermənistan dünya birliyinə meydan oxuyur - Barlas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan dünya birliyinə meydan oxuyur - Barlas

İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonundakı mövqelərini ələ keçirmək üçün təxribat törədib, artilleriyadan istifadə etməklə rayonun Ağdam kəndini atəşə tutub, nəticədə Azərbaycan ordusunun dörd hərbçisi ölüb, yaralananlar var.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış özbək tarixçisi, politoloq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitabın müəllifi Şuxrat Barlas deyib.

Şuxrat Barlas bildirib ki, Azərbaycana qarşı baş verən bu təxribat Ermənistan tərəfindən törədilib. İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bu məsələ ətraflı müzakirə edilib. Dövlət başçısı öz çıxışında Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatı haqqında ətraflı danışıb, rəsmi İrəvanın xarici siyasət kursuna dəqiq və konkret qiymət verib.

Şuxrat Barlas deyib: “Həqiqətən də Ermənistan bu günə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bğlı destruktiv mövqe nümayiş etdirir. İllər boyu sürən nəticəsiz danışıqlar, Ermənistanın “status-kvo”nu qoruyub saxlamaq cəhdi münaqişənin həllində irəli getməyə imkan verməyib.

Ş.Barlas vurğulayıb ki, Birləşmiş MillətlərTəşkilatının Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfdən işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd qətnamə qəbul edib. Ancaq indiyədək işğaıçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur, bununla da dünya birliyinə meydan oxuyur.

Ş.Barlas söhbətinin sonunda deyib: “İnanıram ki, haqq-ədalət zəfər çalacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz sözünü deyəcək və çox sevdiyim ölkənin torpaqları həqiqi sahibinə qaytarılacaq. Mən buna əminəm”.

Tarix
2020.07.14 / 01:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla