Yuxarı

Prezident Administrasiyasında görüş keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Administrasiyasında görüş keçirildi

Bu gün Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə siyasi partiyalarla dialoq formatında təkbətək gürüşümüz oldu.

Axar.az xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa qeyd edib.

O bildirib ki, Ə.Vəliyev öncə 15 iyul 2020-ci ildə keçiriləcək Böyük Quruluş Partiyasının VI Qurultayı münasibəti ilə bütün partiya üzvlərinə təbriklərini çatdırdı:

“Ölkə Prezidentinin siyasi partiyalaiın inkişafı, siyasi münasibətlərin daha sağlam zəmində formalaşması istiqamətində tapşırıqlarına uyğun olaraq hər bir partiya ilə münasibətlərin açıq, şəffaf və demokratik prinsiplərə uyğun qurulmasının vacibliyinə diqqət yetirdi. Partiyamıızın ölkənin ictimai-siyasi həyatında və Milli Məclis müstəvisində fəaliyyətinin konstruktiv müxalifətçiliyə əsaslandığını, sağlam tənqid və təkliflərimizin Azərbaycan hakimiyyəti tərəfindən diqqətə alındığını xüsusi olaraq qeyd etdi.

Biz də qarşılıqlı olaraq ölkədə başlanan diaolq prosesində ən fəal rol alacağımızı bildirərək, son vaxtlar sağlamlaşan iqtidar-müxalifət münasibətlərinin dövlətçiliyimiz üçün vacib olduğunu vurğuladıq. Son vaxtlar yeni siyasi partiyaların qeydə alınmasının ölkədə siyasi plüralizmin inkişafına töfhə verəcəyini qeyd edərək, bu cür hüquqi maneələrin ortadan qaldırılmasının qarşılıqlı etimadın güclənməsinə təkan verəcəyini ifadə etdik.

Görüşdə Ermənistanın torpaqlarımızı işğalı və Dağlıq Qarabağ məsələsində BQP-nin mövqeyi ilə bağlı da müzakirələr apardıq.

Ə.Vəliyev bu cür müzakirələrin bütün siyasi partiyalarla aparıldığını və qalıcı bir proses olacağını bir daha bildirdi. Bizim də BQP olaraq dövlətçiliyimizin maraqlarının təmin olunması üçün bir müxalifət partiyası olaraq üzərimizə düşən vəzifəni hər zaman həssaslıqla yerinə yetirəcəyimizi qeyd etdim.
Görüş olduqca səmərəli keçdi və xeyli məsələlər ətrafında faydalı müzakirələr oldu”.

Tarix
2020.07.14 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla