Yuxarı

Bakıda gecə hərəkatı: Mən niyə yox idim? – Rüstəmxanlı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Orduya dəstək məqsədi ilə keçirilən yürüşün sonunda baş verən təxribat böyük hərəkata kölgə salmasa da, ürək bulandırdı.

Bunu Axar.az-a ötən gün Bakıda keçirilən Ordumuza dəstək yürüşündə təxribat cəhdlərinə münasibət bildirən millət vəkili, Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, bu cür təxribat gözlənilən idi:

“Şübhəsiz ki, Tovuzda bizə qarşı təxribat törədən ermənilərə Ordumuz ləyaqətlə cavab verdi. Bizim generalımızın və yüksək rütbəli hərbçilərimizin həlak olması xalqın ürəyində həm ağır yara açdı, həm də bu hadisələr yaxın tariximizin parlaq hadisəsi oldu. Bu hadisələr Azərbaycan Ordusunun gücünü və düşmənə cavab vermək qüdrətini bir daha göstərdi. Amma hadisələrin son dərəcə önəmli tərəfi odur ki, xalq Aprel döyüşlərində olduğu kimi, hətta daha geniş miqyasda Orduya dəstək verdiyini göstərdi. Millət küçələrə axışdı və Orduya dəstək olduğunu sübut etdi”.

Millət vəkili bildirib ki, Azərbaycanın bütün siyasi qüvvələri torpaqlarımızın qorunması məsələsində dövlətin arxasında dayandığını bəyan etdilər:

“Amma yenə bizi narahat edən məsələ ümumxalq həmrəyini nümayiş etdirən hərəkatın içində hər hansı bir avantürist və yaxud kənardan idarə olunan qüvvələrin ola bilməsi idi. Azərbaycanda hazırda hamını narahat edən siyasi mübarizədən çox, dini radikalizmə meyilli qüvvələrin olması və onların getdikcə fəallaşmasıdır. Dünənki yürüşdə də bu sonucu gözləyirdim. Çünki bu hadisədən istifadə etmək istəyən həm dini radikal, həm də başqa qüvvələrin olması gözlənilirdi. "Qarabağ", "Azərbaycan bölünməz" şüarı ilə xoş niyyətlə küçələrə axışan, Ordusunu müdafiə edən xalqı çox təəssüf ki, başqa istiqamətə yönəltdilər. Milli Məclisə girmək, şüşələrin qırılması böyük hərəkata kölgə salmasa da, ürəkbulandıran şeylərdir. Dünən təkcə Bakı deyil, rayonlarımız da ayaq üstə idi”.

Millət vəkili dövlət adamları tərəfindən hərəkatın idarə edilmədiyi üçün bu cür sonuc yarandığı barədə səsləndirilən fikirlərə də münasibət bildirib:

“Düzdür, oraya ziyalı gedə bilərdi, amma çox kiçik qüvvənin qarşısı alına bilərdi. Bütövlüklə bu hərəkat idarəolunmaz proses idi, qəfildən ortaya çıxan bir hadisə oldu. Ziyalıların onu tam idarə etməsi mümkün deyildi. Böyük hərəkat idi. Ziyalı 5-10 min adamın qabağında dayana bilərdi. Bundan başqa, hansısa ziyalı ora çıxsaydı, başqa yozum ehtimalı da ola bilərdi. Fikirlər səslənə bilərdi ki, bunu təşkil edənlər elə həmin ziyalılardır".

Millət vəkili onu da bu hərəkata qoşulmağa dəvət edənlərin olduğunu, lakin bəzi qüvvələrin olmasından ehtiyat etdiyini bildirib:

“Gecə mənə hərəkata qoşulmağım üçün yazanlar və zəng vuranlar var idi. Amma mən orada neyləyə bilərdim ki! Mikrafon və s. avadanlıq yox idi, müxtəlif şüarlar səslənirdi. Bu məsələnin necə qarşılanmasına qiymət vermək çətin idi”. “O imkan verməsəydi, hərəkat belə bitməzdi” və bu kimi fikirlər ola bilərdi. Bu cür neqativ hallar mənim üzərimə yüklənə bilərdi. Mən dəstək yürüşünün bu cür bitməsini istəməzdim. Çox böyük bir çoşqu və xalqın öz dövlətinə dəstək vermək, torpağını müdafiə etmək istəyi var. Əvvəllər də belə idi. 88-ci ildən müəyyən qrupların idarəolunmazlığı və öz hədəflərini düzgün müəyyənləşdirə bilməməsi nəticəsində təəssüf ki, belə hadisələr ayrı istiqamətə yönəlirdi. Əslində isə dünənki yürüş şəhidlərimizin xatirəsinə və Azərbaycan Ordusunun müdafiə niyyətinə xidmət edirdi”.

Tarix
2020.07.15 / 11:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla