Yuxarı

Türkiyənin mövqeyi Ermənistanı çaşqın vəziyyətə saldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin mövqeyi Ermənistanı çaşqın vəziyyətə saldı

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Türkiyənin nüfuzlu “Sabah” qəzetinə müsahibə verib.

Axar.az xəbər verir ki, 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşən səfir Türkiyə dövlətinin xalq tərəfindən müdafiə olunması tarixinin ən şərəfli günlərindən olan 15 iyul faciəsində şəhid olanlara Allahdan rəhmət diləyərək vurğulayıb ki, dörd il əvvəl dövlət çevrilişinə cəhd ediləndə həmişə olduğu kimi Azərbaycan yenə də qardaş Türkiyənin yanında olub.

Müsahibəsində Ermənistanın tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə hücum cəhdlərinə geniş yer verən səfir diqqətə çatdırıb ki, bu məsələdə Türkiyə dövlətinin sərgilədiyi qətiyyətli və duyğusal mövqe işğalçı ölkəni çaşqın vəziyyətə salıb.

Qeyd olunub ki, Azərbaycan bütün göstəricilərinə görə, Ermənistandan qat-qat üstünlüyə malikdir. Dörd il əvvəl baş verən və dövlətçilik tariximizə aprel döyüşləri kimi düşən hərbi qarşıdurmadan bəhs edən Xəzər İbrahim bildirib ki, həmin savaşda işğalçı dövlətə layiqli dərs verilib.

Müsahibədə, həmçinin Ermənistanın daxili vəziyyətindəki siyasi gərginlik, sosial böhran həddi, koronavirusun tüğyan etməsi kimi məsələlər barədə oxuculara ətraflı məlumat verilib.

Tarix
2020.07.16 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla