Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 Avqust 2020


Mustafayev Vaezi ilə müzakirə apardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu əlaqələrin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.

Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var. Vurğulanıb ki, idxal və tranzit daşımaları üçün sərhədlərin açıq saxlanılması son aylarda iki ölkə arasında daşınmaların həcminin artmasına səbəb olub. Birgə səylər ilə ticarət əlaqələrinin tezliklə pandemiyadan əvvəlki vəziyyətə qaytarılmasına əminlik ifadə olunub.

Söhbət zamanı “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”nin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, eyni zamanda region üçün əhəmiyyəti qeyd olunub.

Telefon danışığı zamanı həmçinin, ölkələr arasında iqtisadi, sənaye, tranzit, müştərək məhsul istehsalı və digər sahələrdəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, hər iki ölkə rəsmilərinin təmaslarının davam etdirilməsi və hərtərəfli əlaqələrin inkişafı üçün davamlı səylər göstərilməsinin vacibliyi vurğulanıb.

Tarix
2020.08.01 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan möhtəşəm həmlə: Bu xətti aldı

Prezident bu qurumlardan narazıdır: dəyişiklik… - Deputat

Prezident 1 ilin işini 1 ayda həll etdi

Baş nazirdən anons: hansı qadağalar ləğv ediləcək?

Beyrut partlayışı Qarabağa sıçraya bilərmi? - Video

İrəvan Pompeonun çağırışına məhəl qoysa... - ABŞ mediası

Başçı Şəhidlər kompleksini dağıdıb, 1 ha ərazini mənimsədi - Video

Ordumuz düşmənin PUA-sını belə məhv etdi - Video

Erməni hücumuna məruz qalanlar bunu etməlidir

Beyrut partlayışının sirli məqamları: Yeni oyun... - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla