Yuxarı

İki nazir müavini DTX-ya çağırıldı – Sensasion məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki nazir müavini DTX-ya çağırıldı –

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da istintaqa cəlb ediliblər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com etibarlı mənbələrinə istinadən yayıb. İddia edilib ki, Xarici İşlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb və ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid daha bir neçə vəzifəli şəxslə bağlı ölçü götürüləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində (XİN) iyulun 3-də əməliyyat keçirmişdi. Aparılan cinayət işi üzrə XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət almada ittiham edilirlər.

Həmçinin iyulun 10-da Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digərləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Sayt bildirib ki, Konsulluq İdarəsi nazir müavini Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyib.

Fərhad Mollazadə və Səlim Əlizadə isə başqa bir nazir müavini - Ramiz Həsənovun kurasiya etdiyi idarənin rəhbər işçiləri idilər.

R.Həsənov 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 2004-2005-ci illərdə isə Azərbaycanın Gürcüstandakı səfiri olub. 2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Yada salaq ki, Prezident 20 aprel 2018-ci ildə bu komitəni ləğv edib. May ayında R.Həsənov E.Məmmədyarova müavin təyin edilib. R.Həsənovun qardaşı Dursun Həsənov bir neçə ildir ki, Gürcüstadakı səfirliyimizə rəhbərlik edir. XİN-in keçmiş mətbuat katibi Elxan Poluxov isə nazir müavinin qaynıdır. Hazırda o, Braziliyada səfirdir.

Tarix
2020.08.12 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla