Yuxarı

SOCAR şefi İraqa getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR şefi İraqa getdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bağdad şəhərində səfərdə olub.

Bu barədə Report-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində R.Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən danışılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında fikirlər müzakirə edilib. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlandığı qeyd olunub.

SOCAR prezidenti R.Abdullayev şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricindəki aktivləri haqqında ətraflı məlumat verib.

Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. SOCAR prezidenti İraqın neft naziri A.əbd əl-Məhdini Azərbaycana səfərə dəvət edib.

Tarix
2015.04.13 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla