Yuxarı

Koronadan sağalanların sayı niyə azalır? - İsayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronadan sağalanların sayı niyə azalır? - İsayev

Hazırda ölkədə COVİD-19-a yoluxan aktiv xəstə sayının 1800 nəfərə yaxın olmasına baxmayaraq, gündəlik yoluxma statistikası ilə sağalma statistikası arasında maraqlı tendensiya qeydə alınır. Belə ki, gündəlik yoluxma sayı nə qədər azalırsa, sağalma sayı da bir o qədər azalır. Görəsən, aktiv xəstə 1800-ə yaxın olduğu halda sağalma sayının azalma səbəbi nədir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən baş infeksionist Cəlal İsayev bildirib ki, yoluxanlar azaldığı üçün sağalanlar da azalır:

“Nə qədər az adam yoluxarsa, sağalanların sayı da bir o qədər azalar. Hazırda aktiv xəstə sayı 1800-ə yaxındır. Yoluxma sayı 500-dən yuxarı olanda aktiv xəstə sayı da çox idi və sağalanlar təzə dövrdə az idi, amma sonra yavaş-yavaş sağalanların sayı artdı. Elə bir zaman çatacaq ki, sağalanlarla yoluxanların arasında tarazlıq yaranacaq. Yəni nə qədər yoluxma olarsa, o qədər də sağalma olacaq”.

Baş infeksionist yumşaldılmara baxmayaraq, hazırda yoluxma sayında ciddi artım olmadığını bildirib:

“Hazırda yoluxma sayında elə də ciddi artım yoxdur, vəziyyət o dərəcədə də təhlükəli deyil, nəzarət olunandır. Amma ola bilər ki, nəzarətdən çıxa bilər. Bütün hallarda vəziyyətin nəzarətdən çıxmaması üçün karantin davranış qaydalarına əməl edilməlidir. Biz bu qaydalara əməl etsək, yumşaldılmalar qalıcı olar və digər yumşaldılmalar tətbiq edilər. Hərçənd bütün dünyada pandemiyanın ikinci dalğasının baş vermə ehtimalı ilə bağlı hazırlıqlar görülür”.

Tarix
2020.08.19 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Əvvəlcə Azərbaycanın razılığı olmalıdır - Türkiyəli nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla