Yuxarı

Əliyevin Praqada Türkiyəni qürurlandıran çıxışı... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizi ilə bağlı yaşanan gərginlikdə Azərbaycanın birbaşa geosiyasi maraqları ya yoxdur, ya da çox azdır. Yəni Azərbaycan mediası burada informasiya savaşında sırf Türkiyənin mövqeyindən çıxış edir. Bu da təsadüfi deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev Yunanıstanın ölkəmizə təyin edilən səfirini qəbul edərkən Aralıq dənizinin şərqində baş verən gərginlikdə rəsmi Ankaranı dəstəklədiyimizi elan etdi, birmənalı olaraq bildirdi ki, Azərbaycan Türkiyənin yanındadır və Türkiyəni hər zaman dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Real TV-nin “Real İntervyu” proqramına açıqlamasında Prezidentin köməkçisi, PA-nın şöbə müdiri Hikmət Hacıyevin Türkiyə səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun görüşü və bu görüşdə birgə media platformasının yaradılması ilə bağlı razılaşmanı şərh edərkən deyib.

Aynur Camalqızı müxtəlif beynəlxalq təşkilatlarda iki qardaş ölkənin hər zaman bir-birini dəstəklədiyini deyib:

“Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bağlı olan ikinci belə bir nümunə xatırlamıram. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər eyni strateji hədəfdən çıxış edən dövlətlər yoxdur və Azərbaycan və Türkiyə bu məsələdə çox yaxşı bir örnəkdir.

İstər BMT, istər NATO, istərsə də ATƏT-də dəfələrlə görmüşük ki, Azərbaycanın maraqlarını Türkiyə, Türkiyənin maraqlarını Azərbaycan eyni fədakarlıqla müdafiə edib. Bir xatırlatma edim: 2014-cü ildə Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının beş illiyi münasibəti ilə keçirilən tədbirdə Türkiyə nümayəndəliyi iştirak etmirdi. Türkiyə nümayəndəliyinin iştirak etməməsindən sui-istifadə edən Ermənistan qondarma erməni soyqrımını gündəmə gətirərək, Türkiyəni tənqid etməyə cəhd etdi. O zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya açıq mövqe qoyaraq, “Türkiyə nümayəndəsi burada yoxdur, ancaq mən burdayam” dedi və Türkiyə dövlətinin mövqeyini öz dövlətinin maraqları kimi müdafiə etdi. Əlbəttə, bu, bizə də, Türkiyə mediası və ictimaiyyətinə də hər zaman bir nümunədir”.

Diaspor fəaliyyətində də qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən politoloq birgə media platforması çərçivəsində bu əlaqələrin sistemləşməsi istiqamətində addımı yüksək qiymətləndirdiyini bildirib.

Tarix
2020.09.09 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla