Yuxarı

Leyenin Türkiyəyə bu iddiası cəfəngiyyatdır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyenin Türkiyəyə bu iddiası cəfəngiyyatdır - Politoloq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Avropa Birliyinin Türkiyəyə miqrantlarla bağlı əhəmiyyətli dərəcədə iqtisadi yardım göstərməsi haqda dedikləri cəfəngiyyatdır.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Avropa Birliyinin (AB) Cənubi Kipr və Yunanıstana Şərqi Aralıqda baş verən qarşıdurmada dəstək verməsi haqda danışarkən deyib.

O bildirib ki, Ursula fon der Leyenin açıqlaması Fransanın maraqlarına əsaslanır:

“Avropa Birliyi (AB) Cənubi Kipr və Yunanıstana dəstək verərək rəsmi Ankaraya arxa çevirmiş oldu. Düzdür, verilən dəstək bəyanat formasında olsa da, nəticə etibarilə konkret mövqedir. Təəssüf ki, Avropa Birliyi milyonlarla miqranta ev sahibliyi edən Türkiyəyə qarşı qərəzli mövqe sərgiləyir. İttifaqın Ankaraya göstərdiyi dəstək miqrantların bir illik tələbatının 10 faizi həcmində belə deyil. Bu mənada Türkiyəyə qarşı belə qərəzli mövqe sərgiləmək AB-ni miqrant problemi ilə üz-üzə qoya bilər.

Türkiyənin regionda qonşularını qorxutmaq kimi bir cəhdi yoxdur. Avropa Birliyi Kipr və Yunanıstanın qanuni, suveren hüquqlarını qorumaq yerinə, tərəfləri uzlaşdırmalıdır. Bu, münaqişənin tək həll yoludur”.

Qeyd edək ki, Ursula fon der Leyen Türkiyəni miqrantlara ev sahibliyi etdiyini görə “kifayət qədər maliyyə dəstəyi ilə” təmin etdiklərini bildirmiş, Aralıq dənizinin şərqində yaşanan gərginliklə bağlı isə Yunanıstan və Cənubi Kiprin mövqeyini bölüşdüklərini açıqlamışdı.

Tarix
2020.09.17 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla