Axar.az
Yuxarı

Bu, regional təhlükəsizlik üçün təhdiddir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Euractiv” portalında “Azərbaycan və Ermənistan arasında təhlükəli toqquşmalar regional təhlükəsizlik üçün təhdiddir” adlı məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti təxribata diqqət çəkilərək Azərbaycan ərazilərinin və mülki əhalinin Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalması qeyd olunur. Bildirilir ki, baş verənlər Ermənistanın hazırkı rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə törədilən təxribatların davamıdır.

Məqalədə 2019-cu ilin əvvəllərində Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” tezisi, daha sonra baş nazir Nikol Paşinyan tərəfindən Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deməsi, eləcə də qondarma “prezident seçkiləri” ilə bağlı Şuşa şəhərində qanunsuz inauqurasiya mərasimin təşkili və bu yaxınlarda qondarma “parlament”in Şuşaya köçürülməsinə dair qərar, Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsi və onun həyat yoldaşı Anna Akopyanın Dağlıq Qarabağda hərbi təlim keçməsi, iyulun 12-14-də törədilmiş Tovuz təxribatı və nəhayət, Ermənistanın on ildən artıq bir müddətdə müzakirə edilən Madrid Prinsiplərindən imtina etməsi kimi fəaliyyətlərə diqqət çəkilir. Bundan əlavə, qeyd edilir ki, son zamanlar Ermənistan tərəfindən sərhəddə sabotaj fəaliyyətinin artırılması da bu dövlətin növbəti təxribata hazırlaşdığına əyani sübutdur.

Müəllif yazır ki, sentyabrın 27-də baş verənlər Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi millətçi, militarist, populist və revanşist siyasətinin nəticəsidir. Bildirilir ki, Şuşaya münasibətdə Ermənistan tərəfindən törədilən təxribatlar həm də bu dövlətin Azərbaycan mədəniyyətinin beşiyi olan bu şəhərə qarşı mədəni revanşism siyasəti apardığını da aydın göstərir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışına və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul etdiyi məlum dörd qətnamənin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkilir. Qeyd edilir ki, hüquqi cəhətdən məcburetmə gücünə malik olan bu qətnamələri yerinə yetirmək və işğal edilmiş Azərbaycan ərazilərdən geri çəkilmək əvəzinə, Ermənistan rəhbərliyi törətdiyi təxribatlar sayəsində regionu müharibəyə sürükləyir.

Tarix
2020.09.28 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun Ermənistana vurduğu ziyan - Siyahı

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Qarabağ separatçılarının "müdafiə naziri" məhv edildi - Video

Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video

Paşinyanın kapitulyasiya çıxışı: reallığı qəbul etmir, əksinə...

Düşmənin bu gecə məhv edilən döyüş texnikasının sayı

Qalın Obraynla ermənilərin geri çəkilməsini müzakirə etdi

Ermənistan MN Qubadlının azad olunmasını təsdiqlədi

Düşmən kvadrokopteri məhv edildi

Ermənistanı çökdürən iki fakt - Ekspert

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla