Yuxarı

Ağcakənddə son durum: yaxın günlərdə... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başlayıb. Düşmən cəbhənin digər istiqamətlərində olduğu kimi, Goranboy rayonunun bir sıra kəndlərini də intensiv atəşə tutur. Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun bölmələrinin artilleriya atəşi nəticəsində evlərə ciddi ziyan dəyir.

Axar.az AzərTac-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri sentyabrın 30-da və oktyabrın 1-də səhər saatlarından başlayaraq Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini, Aşağı Ağcakənd qəsəbəsini atəşə tutur. Nəticədə yaşayış evlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür, düşmənə sarsıdıcı zərbələr endirir, canlı qüvvələrini və texnikasını məhv edirlər.

Döyüşlərin qızğın vaxtında belə doğma kəndlərini tərk etməyən Aşağı Ağcakənd qəsəbəsinin sakinləri Ermənistan silahlı qüvvələrinin təxribatlarından qorxmur və tam sərbəst gündəlik işləri ilə məşğuldurlar. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi, minlərlə canlı qüvvəsini, yüzlərlə texnikasını məhv etməsi, strateji yüksəklikləri ələ keçirməsi kənd sakinlərinin ruh yüksəkliyini daha da artırıb.

Düşmən mövqelərinə yaxın olan kəndin sakinləri deyirlər ki, Azərbaycan Ordusunun ermənilərə qarşı sərt cavab tədbirləri görməsi onları daha da ruhlandırır. Ön xətdə torpaqlarımızın keşiyini çəkən qəhrəman əsgərlərimizə güvəndiklərini vurğulayan Aşağı ağcakəndlilər evləri artilleriya atəşinə tutulsa da, kəndi tərk etməyi düşünmürlər.

Aşağı Ağcakənd qəsəbəsində məskunlasan Laçın rayonundan olan məcburi köçkün Nemət İsgəndərov deyib: “Hazırda bu ərazilərdə bizim şanlı ordumuz zəfər yürüşü, haqq yürüşü edir. Biz sakinlər də ordumuzun bu uğurundan fərəhlənirik. Düşmən evimizə, həyətimizə mərmi atsa da, biz kəndimizdən, qəsəbəmizdən çıxmamışıq. Onlar məqsədli şəkildə dinc əhalini hədəf seçirlər. Bu da onu göstərir ki, Azərbaycan əsgəri ilə döyüşməkdən qorxurlar. Hazırda nəvələrimlə, ailə üzvlərimlə birlikdə öz evimizdəyik. Ordumuzun qələbə çalmasına az qalıb. Haqq sözünü deyir. Buna görə də hamımız ruh yüksəkliyi ilə bu qələbə bayramını gözləyirik. Bizim şanlı Azərbaycan Ordusu tezliklə qələbə çalacaq. Azərbaycan Ordusuna uğurlar arzulayıram. Bizim bu haqq işimizdə dəstək olan türk qardaşlarımıza, digər ölkələrə minnətdarıq”.

Aşağı Ağcakənd qəsəbəsinin bələdiyyəsinin sədri Mail Əliyev bildirib ki, Azərbaycan Ordusu yaxın günlərdə torpaqlarımızı azad edəcək. Bizim qəsəbədə heç bir narahatçılıq yoxdur, əhali yerindədir, hamı öz evində təsərrüfatı ilə məşğuldur. Azərbaycan Ordusuna uğurlar arzulayıram. Biz ordumuza tam güvənirik. Mənim 63 yaşım var. Bununla bərabər mən döyüşə getməyə hazıram. Amma şanlı ordumuz özü bu məsələni həll edəcək. Biz Ali Baş Komandanımızın arxasındayıq. Azərbaycanda xalq-dövlət-ordu birliyini heç bir qüvvə sarsıda bilməz.

Laçın rayonundan olan məcburi köçkün Süleyman Şirinov bildirib: “Biz bu günü çoxdan gözləyirdik. Ordumuz düşməni məhv edir, biz də qəhrəman əsgərlərimizin yanındayıq. Oğlum döyüşdədir, özüm də döyüşə getməyə hazıram. Bu yaşımda silah götürüb öz torpağımızın, vətənimizin keşiyini çəkməyə hazıram. Düşmənin bizim torpaqlardan çıxmasının vaxtı gəlib çatıb. Ordumuza güvənimiz həddindən artıqdır. Bizim ordumuz tezliklə qələbə çalacaq və öz doğma yurdumuza qayıdacağıq”.

Tarix
2020.10.01 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla