Yuxarı

“Əliyev qonağını düşməninə vermədi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əliyev qonağını düşməninə vermədi”

"Qonağı düşməninə təhvil verməyi bir qafqazlıdan tələb etmək qədər absurd addım çətin ki, olsun".

Axar.az xəbər verir ki, bu fikirlər millət vəkili Fazil Mustafaya aiddir. Deputatın sözlərinə görə, prezident bu jestlə dostuq bağlarının nə qədər möhkəm olduğunu bir daha göstərdi:

"Gürcüstan hökuməti bu ölkənin keçmiş prezidenti Saakaşvilinin ekstradiyasını Bakıdan tələb edir. Hüquqi baxımdan bu tələbin əsaslandırılması mümkündür. Çünki İnterpol xətti ilə axtarışa verilmiş şəxsləri bu quruma daxil olan dövlətlər bir-birinə təhvil verməyə borcludurlar. Əvəzində isə Azərbaycan Respublukasının Prezidenti İlham Əliyev Bakıdakı Foruma qatılmış Saakaşvilini qəbul edib, onunla bağlı qapılar arxasında müzakirə aparır. Gürcüstan tərəfi də dəqiq anlayır ki, Bakı Saakaşvilini təhvil verməz və verə bilməz. Mən bu tələbin siyasi məzmunu barədə hər kəsə aydın məqamlar olduğu üçün nəsə demək istəmirəm. Dünyada hüquq onsuz da siyasətin bir bölümünə çevrilib və son "erməni soyqırımı" adlanan yalançı iddiaları dəstəkləyən Avropa İttifaqı da bunu addımbaşı nümayiş etdirməyə çalışır. Məncə, ölkə prezidenti bu jestlə dostluq bağlarının formal hüquqdan bəzən üstün ola biləcəyini göstərmək istədi. Yəni qonağı düşməninə təhvil verməyi bir qafqazlıdan tələb etmək qədər absurd addım çətin ki, olsun".

Tarix
2015.04.30 / 09:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla