Yuxarı

İsveç qəzeti: Ermənistanın təcavüzü pislənməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç qəzeti: Ermənistanın təcavüzü pislənməlidir

İsveçin “Länstidningen Södertälje” qəzetində bu ölkədə fəaliyyət göstərən İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) sədri Mahirə Muxtarovanın "Ermənistanın təcavüzü pislənməlidir" adlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumat verilir. Ermənistan tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin raket atəşinə tutulması nəticəsində günahsız insanların qətlə yetirildiyi diqqətə çatdırılır.

Müəllif oxuculara münaqişənin tarixi, Ermənistanın müharibə cinayətləri, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Bildirir ki, Ermənistanın Azərbaycana hücumu azərbaycanlıların kütləvi deportasiyası və qətlləri ilə müşayiət olunub. Azərbaycan isə Ermənistan kimi monoetnik bir ölkə deyil və ölkəni azlıqlardan təmizləməyə yönəlmiş bir siyasət həyata keçirmir. Məqalədə bununla bağlı Prezident İlham Əliyevin çıxışından sitatlar gətirilir.

Məqalədə qeyd edilir ki, hazırkı hərbi əməliyyatların məqsədi özünümüdafiə, təcavüzkar bir qonşunun ekspansionist ambisiyalarından qorunmaq və köçkün vətəndaşları evlərinə qaytarmaqdan ibarətdir. Bunu nəzərə alaraq Ermənistanın addımlarını pisləməkdən başqa bir şey qəbuledilməzdir. Azərbaycanın özünü müdafiə etmək hüququ var.

Tarix
2020.10.17 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla