Yuxarı

Şevçenko: Artıq "dqr" hökuməti İrəvana mühacirət edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu Zəngilanı aldı!

Axar.az xəbər verir ki, bu sözləri özünün "Maks atakuet” Teleqram kanalında rus politoloq, jurnalist, teleaparıcı və ictimai xadim, 9 sentyabr 2018-ci il tarixdən VII çağırış Vladimir Bölgəsi Qanunvericilik Məclisinin deputatı, Rusiya Federasiyası Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü Maksim Şevçenko yazıb.

O, növbəti dəfə Azərbaycan ordusunun əməliyyatlarını şərh edib:

"Bu, o deməkdir ki, demək olar Dağlıq Qarabağdan kənar bütün ərazilər Azərbaycan tərəfindən işğaldan azad edilib. Beynəlxalq spekulyantların və geopolitik oyunçuların Azərbaycan və erməni xalqlarını şantaj edib uzatdıqları "sülh prosesi" artıq əvvəlki formada heç bir məna kəsb etmir. Tamamilə aydındır ki, Azərbaycanın Laçın və tanınmamış DQR ərazisi daxil olmaqla AzSSR sərhədləri daxilində öz suverenliyini tamamilə bərpa etməsinə mane olacaq bir qüvvə yoxdur. Artıq "dqr” hökuməti, məsələn, İrəvana mühacirət edə bilər. Orada ki qarabağlıları sevir və tanıyırlar. Yaxud öz evləri kimi hiss etdikləri millət vəkili Zatulinin bağ evində yerləşə bilər. Ya da Kedmi və Satanovski ilə birlikdə Solovyovun proqramında.

Artıq Ermənistanla Azərbaycan arasında kapitulyasiya və sülh müqaviləsindən söhbət gedir. Və ya sadəcə sülh müqaviləsi. Dünya erməniləri üçün vəziyyət kökündən və tamamilə dəyişdi. "Böyük Ermənistan” xülyası şəklində qazanc və spekulyasiya amili yoxa çıxdı. Bu dünya diaspor konsorsiumunun statusu Azərbaycan ordusu tərəfindən kəskin şəkildə aşağı salınıb. Və görünür, Kremlin səssiz razılığı ilə. Putinlə Ərdoğan arasındakı razılaşmalar haqqında dəqiq məlumatımız yoxdur.

Bəlkə məsələnin strateji çəkisi indi Putin üçün elədir ki, "millətçi erməni kədəri" onun üçün qayğıdan daha çox əngələ çevirilib? Variantlar var, həm də çoxdur (tezliklə onlardan da danışacağıq).

Masa üzərində yenidən şəkillənməkdə olan dünyada tuta biləcəyimiz yerdir".

Tarix
2020.10.20 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla