Yuxarı

Misir mediasında Ermənistanın bu siyasəti ifşa edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Zatmasr” saytının müxbiri Məhəmməd əl-Leysiyə Ermənistanın təcavüzkar siyasəti barədə müsahibə verib.

Axar.az xəbər verir ki, diaspor sədri ermənilərin Qarabağa köçürülmə tarixindən danışarkən alman professoru Yuhəns Raunun Qarabağ haqqında yazdığı kitaba istinad edib. Kitabda qeyd olunur ki, 1828–ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsi başlayıb. Müqavilə imzalananda indiki Ermənistanın paytaxtı İrəvan sakinlərinin əksəriyyəti azərbaycanlılardan ibarət olub.

S.Nəsirov ermənilərin torpaq iddialarına cavab verərək bildirib ki, ərəb mənbələri ilə müqayisədə Azərbaycan ərazisi ilə bağlı tədqiqat aparanda bugünkü Azərbaycan ərazisinin tarixi torpaqlarımızın on faizini belə əhatə etmədiyi məlum olur. O deyib: “Məsələn, böyük coğrafiyaşünas alim İbn əl-Fəqihin əl-Buldanın kitabında Azərbaycanın şəhərlərinin bir hissəsinin adlarını oxuya bilərsiniz. Sovet hakimiyyətindən əvvəl Azərbaycan ərazisi 113,9 min kvadratkilometr olub, indi isə ərazimiz cəmi 86,6 min kvadratkilometrdir. Hər iki xəritəni müqayisə edəndə Azərbaycan xalqına qarşı işğalçılıq siyasətinin nəticələri açıq-aydın görünür”.

Müsahibədə Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raketlərlə hücumunun onlarca günahsız insanların həlak olması və yaralanmasına səbəb olduğu qeyd olunub.

Azərbaycan tərəfinin guya muzdlulardan istifadə etdiyi barədə iddiaya isə diaspor sədri belə cavab verib: “Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayından üç dəfə çoxdur. Bu gün bütün azərbaycanlıların illərdən bəri arzu etdiyi, torpaqları düşmən tapdağından təmizləmək üçün aparılan şərəfli müharibədə iştirak etməyi həsrətlə gözlədiyi gündür. Bütün azərbaycanlılar bu şərəfə nail olmaq üçün əlindən gələni edirlər. Hələ də dövlətimizin buna ehtiyacı olmadığı üçün qismən səfərbərlik elan edilib. Ermənistan və onun havadarları isə muzdluları ermənilər tərəfindən döyüşlərə cəlb etmək üçün bu şayiəni ortaya atıblar. Biz sosial şəbəkələrdə ermənilər tərəfində döyüşən Yaxın Şərq əsilli muzdluların videolarını dəfələrlə görmüşük”.

S.Nəsirov vurğulayıb ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılmasına dair sənədlərinə baxmayaraq, təcavüzkar ölkə 30 ilə yaxın müddətdə sülh danışıqlarından yalnız status-kvonu qoruyub saxlamaq üçün istifadə edib. İşğalçı ermənilərdən fərqli olaraq, qəhrəman Azərbaycan əsgəri öz doğma torpağında döyüşür və haqq işi uğrunda mübarizə apararaq böyük zəfərlər qazanır.

Diaspor sədri qeyd edib ki, Azərbaycan multikultural və tolerant ölkədir, orada müxtəlif xalqların nümayəndələri yaşayırlar. Ermənilər də başqa xalqlar kimi Azərbaycanda yaşayıblar və yaşaya bilərlər. Onların Bakının mərkəzindəki kilsəsi toxunulmaz şəkildə qalır. Amma ermənilər Qarabağda məscidlərimizi təhqir edərək orada donuz saxlayırlar.

Sonda jurnalistin “Bu müharibə nə zaman bitəcək” sualına cavab verən S.Nəsirov deyib ki, azərbaycanlılar sülhsevər xalqdır və uzun illər bu münaqişənin dinc yolla həlli üçün əllərindən gələni ediblər. Lakin düşmənin ardı-arası kəsilməyən hərbi təxribatlarından sonra əks-hücum əməliyyatına başlanılıb. Ermənistan ordusu işğal etdiyi torpaqlarımızdan çəkilməyincə, bu müharibə bitməyəcək.

Tarix
2020.10.22 / 02:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla