Yuxarı

Putinin Qarabağla bağlı mövqeyi… - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordumuzun möhtəşəm qələbələrinə, Prezidentin köhnə status-kvonun artıq qalmadığını bəyan etməsinə baxmayaraq, Azərbaycanın problemin həllinə dair baza prinsiplərinə sadiq qalmasını açıqlaması insanların nigarançılığını tam aradan qaldırmırdı. Amma Prezident hər zaman bəyan edib ki, o, nəyi nə zaman və necə etməyi dəqiq bilir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

“Belə hesab edirəm ki, Prezident həm xalqımızın bir hissəsinin narahatlığına birdəfəlik son qoymaq üçün, həm də Xarici İşlər nazirinin ABŞ səfəri öncəsi bunu açıq elan etməyi zəruri sayıb. Prezidentin bu açıqlaması ermənilərin son ümidlərini də öldürəcək, beynəlxalq birliyi və regionda marağı olan ölkələri nəhayət ki, bununla barışmağa məcbur edəcəkdir. Bütün bunlar isə qələbəmizi asanlaşdıracaqdır.

Putinin son açıqlaması bir daha göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil, münaqişənin ilk günlərində bəyan etdiyi birmənalı mövqeyə sadiqdir və o dəyişməyib. Rusiya Prezidentinin bəzi komanda üzvləri və ermənipərəst dairələr tərəfindən böyük təzyiqlərlə məruz qalmasına baxmayaraq, öz ölkəsinin milli maraqlarından çıxış edərək neytrallığını saxlaması çox təqdirəlayiqdir. Əminəm ki, Rusiyadakı ayrı-ayrı dairələr tərəfindən Ermənistana silah-sursat göndərilməsinə baxmayaraq, əgər bu gün sorğu keçirilsəydi, həm Putinin, həm Rusiyanın insanlarımız arasında nüfuzunun xeyli qalxdığını görərdik. Putin xarakter etibarilə sözübütöv, münasibətlərdə səmimi olan siyasətçilərə və ölkələrə rəğbət bəsləyir. Onun Türkiyə Prezidenti haqqında bu nöqteyi-nəzərdən dediyi xoş sözlər də bunun təsdiqidir. Putin əmindir ki, Azərbaycan Respublikasının Prezidentinin artıq aforizm kimi qəbul olunan “sözümüz imzamız qədər mötəbərdir”, “biz etibarlı tərəfdaşıq” deyimi həm Prezident İlham Əliyev, həm Azərbaycan üçün hamılıqla qəbul olunmuş ali dəyərdir. Bütün ağıllı insanlar başa düşür ki, bizim haqlı olmamıza baxmayaraq, Rusiya istəsəydi, münaqişəyə Ermənistan tərəfdən qoşulmaq üçün ya bəhanə tapacaqdı, yaxud belə bəhanəni yaradacaqdı. Amma Rusiya Prezidenti mərhum Prezident Heydər Əliyev, onun ardınca Prezident İlham Əliyev tərəfindən Rusiya ilə aparılan dostluq və strateji tərəfdaşlıq siyasətinin üstündən xətt çəkmədi və neytrallığını qorudu. Mənim Rusiya ilə bağlı münaqişədən öncəki proqnozlarım hələ ki, özünü doğruldur. Xəyanətkar Ermənistana görə Rusiya Türkiyə və Azərbaycanla münasibətləri pozmaqdan uzaq görsənir. Azərbaycan işğala son qoyandan sonra bizim münasibətlər daha yüksək səviyyəyə qalxacaqdır. Bölgənin xoşbəxt gələcəyi Türkiyə, Rusiya, İran və Azərbaycanın dostluğundan və əməkdaşlığından keçir”.

Tarix
2020.10.23 / 09:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla