Yuxarı

Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq dövlət müşaviri Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn ediləcək.

Axar.az xəbər verir ki, Azərbaycanın Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn olunacaq.

Bu barədə Report-a V.Quluzadənin kürəkəni məlumat verib.

O bildirib ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.

O, 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.

V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.

O, 1990-cı ildə Azərbaycana qayıdıb və Azərbaycanın xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə dövlət müşaviri vəzifəsindən istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının da üzvü olub.

Tarix
2015.05.02 / 11:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla