Yuxarı

Paşinyan Əliyevə söz verdi, ancaq... - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Əliyevə söz verdi, ancaq... - Bayramov

Yaranmış vəziyyət Ermənistanın yeni rəhbərliyinin məsuliyyətsiz siyasətinin məntiqi nəticəsidir. 2018-ci ilin yazında “Soros çevrilişi” nəticəsində hakimiyyətə gələndən sonra Paşinyan Azərbaycan Prezidentinə müraciətlə ona münaqişə ilə bağlı vəziyyəti daha ətraflı öyrənmək üçün vaxt verilməsini xahiş etdi, sülh prosesinə konstruktiv yanaşma nümayiş etdirəcəyinə söz verdi. Prezident Əliyev bu xahişə konstruktiv yanaşdı, hesab etdi ki, Ermənistan rəhbərliyində sağlam düşüncə və xoş məram üstünlük təşkil edəcək. Təəssüf ki, Paşinyan və onun administrasiyası başqa yol seçdilər.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində bildirib.

"N.Paşinyan və onun administrasiyası praktiki olaraq, hakimiyyətə gəldiyi ilk vaxtdan münaqişə ətrafında vəziyyətin eskalasiyası prosesini işə saldılar. Onların ilk addımlarından biri Ermənistanın yeni baş nazirinin doğma oğlunu Ermənistanda deyil, Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xidmət keçməyə göndərilməsi oldu. Bu, faktiki olaraq, ilk siyasi siqnal və piar kampaniyasının başlanğıcı oldu. Paşinyan işğal edilmiş ərazilərə tez-tez səfər etməyə başladı və belə səfərlərin birində şəxsən “Qarabağ Ermənistandır və nöqtə” şüarını irəli sürdü. Bu şüar münaqişənin nizamlanmasına Paşinyanın həqiqi yanaşmasını tam aydın göstərdi, çünki əgər Qarabağın Ermənistan olduğunu fərz etsək, Azərbaycan kiminlə və nə barədə danışıqlar aparmalıdır, belə danışıqların nə mənası var?

Ermənistanın digər rəhbərləri də Paşinyandan geri qalmırdılar. Məsələn, müdafiə naziri “ərazilər müqabilində sülh” formulundan imtina etdiyini bildirdi və “yeni ərazilər uğrunda yeni müharibə” məzmunlu yeni hərbi konsepsiya irəli sürdü. Beləliklə, Ermənistan Azərbaycana münasibətdə özünün təcavüzkar siyasətinin yeni mərhələsini rəsmən bəyan etdi", - XİN rəhbəri vurğulayıb.

Tarix
2020.10.28 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla