Yuxarı

Səfirimiz “Əl-Ərəbiyə”yə erməni hücumundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirimiz “Əl-Ərəbiyə”yə erməni hücumundan danışdı

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mahir Əliyev “Əl-Ərəbiyə” televiziya kanalında müsahibə verib. Proqramın əvvəlində aparıcı Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda döyüşlər getdiyini xatırladıb, regionun Azərbaycan ərazisinin daxilində yerləşdiyini bildirib.

Axar.az xəbər verir ki, proqram zamanı ermənilərin Bərdə şəhərində dinc əhaliyə qarşı törətdiyi cinayət nəticəsində 21 mülki şəxsin həlak olduğu, onlarla insanın yaralandığı da diqqətə çatdırılıb.

Sonra sualları cavablandıran səfir Mahir Əliyev müharibənin Azərbaycan ərazisində getdiyini deyib, ermənilərin cəbhə bölgəsindən çox uzaqda yerləşən yaşayış məntəqələrimizi, dinc əhalini raket atəşinə tutduğunu bildirib. O, müharibənin işğal altındakı Azərbaycan torpaqlarının azad olunması uğrunda aparıldığını vurğulayıb. Səfir BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə qətnamələrini də xatırladıb.

Səfir erməni cinayətkarların işğal altındakı ərazilərdə törətdikləri vəhşiliklərdən danışıb, Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bir milyona yaxın azərbaycanlının məcburi köçkün düşdüyünü bildirib, dünya ictimaiyyətinin bu barədə susqunluğunu qınayıb.

Minsk qrupunun münaqişənin həllində rolu barədə suala səfir 26 ildən artıq bir müddət ərzində Minsk qrupunun problemin həlli ilə əlaqədar dəfələrlə təkliflər irəli sürdüyünü, illərlə danışıqların getdiyini, lakin qrupun fəaliyyəti müstəvisində heç bir nəticə əldə olunmadığını qeyd edib. Burada BMT TŞ-nin məlum qətnamələrini bir daha xatırladan diplomat problemə ikili standartlar aspektindən yanaşmanın da öz sözünü dediyini bildirib.

Aparıcının “Siz Minsk qrupunun həmsədrlərini Ermənistana yardım göstərməkdəmi ittiham edirsiniz?” sualına cavabında Mahir Əliyev həmsədrləri ittiham etmədiyini, onların kimə yardım etdiklərini özlərinin yaxşı bildiklərini deyib. O, problemin həlli istiqamətində fəaliyyətin həddindən artıq uzun bir zaman - 30 ilə yaxın vaxt aparmasını qeyd edərək, bir daha öz doğma yurdlarından didərgin düşmüş insanları xatırladıb. Diplomat münaqişənin alovlandığı ilk vaxtlarda qucaqlarda öz evlərindən qaçan körpələrin indi tank üstündə doğma torpaqlarını azad etmək üçün geri qayıtdıqlarını vurğulayıb.

Tarix
2020.10.29 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla