Yuxarı

Müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb - Video

09:19

Özbəkistanın “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında məqalə dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Ermənistanın döyüşlərdə Azərbaycana qarşı muzdlulardan istifadə etməsi ilə bağlı fikirləri də yer alıb.

Dövlət başçısı deyib ki, Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi:

“Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir”.

Sayt yazır ki, Şuşa ətrafındakı döyüşlərdə Suriya muzdluları da olub və “Daşnaksütyun” partiyası onların üçünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülməsini etiraf edib. Qeyd olunur ki, öldürülənlər Aleppo sakinləri Arut Panoyan, Akop Astarçyan və Mosik Seklemyandır.

Sayt vurğulayır ki, Ermənistan tərəfdən müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb.

Tarix
2020.11.24 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla